İnsanlara hürriyət, millətlərə istiqlal!

Davud Kərimi gündəm olan müsahibəsindən və ən çətin oyundan danışdı- VİDEO

662 13.06.2022 11:00 İdman A A

Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisinin qapıçısı Davud Kərimi hava limanında jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu qitə birinciliyində əldə olunan kubokdan danışıb.

Kərimi öncə ingilis dilində verdiyi və gündəmə düşən müsahibəsindən söz açıb: “Müsahibə verərkən “go, go,go final...” demişdim və elə də oldu. Həlledici oyuna kimi gəlib çıxdıq. Qalib olduq. Bizi sevən millətin duası idi ki, qələbə qazandıq”.

O, turnirdəki ən çətin oyunun Slovakiyaya qarşı olduğunu bildirib: “Ən çətin görüş Slovakiyaya qarşı oldu. Həm hakimlərin, həm azarkeşlərin böyük təzyiqi var idi. Amma həmin oyundan qalib ayrıldıq. Məhz bu matçdan sonra düşündük ki, biz birinci yeri tuta bilərik”.

 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR