İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsəndə korrupsiya həbsləri - Sabiq icra başçılarını hədəf göstərən məqamlar

5030 07.02.2021 05:06 Gündəm A A

Azərbaycanda korrupsiyaya qarşı mübarizə əməliyyatları çərçivəsində başlayan həbslər  Daşkəsənə də sıçrayııb. Artıq bir neçə vəzifəli şəxs həbs edilib.

Musavat.com xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.

Bu həbslərlə bağlı sensasion sayıla biləcək məlumatlar əldə etmişik. Həbslərin davamının olacağı ilə bağlı etibarları mənbələrdən əldə etdiyimiz bilgilər var.

Daşkəsəndə korrupsiya ile ilgili görsel sonucu

Korrupsiya əməliyyatlarının kökünün sabiq icra başçılarına qədər uzanacağı məlum olub. Artıq sabiq icra başçılarının rəhbərliyi altında dövlət qurumlarında külli miqdarda mənimsəmə faktları üzə çıxıb.

Yuxarıda adlarını qeyd etdiyimiz şəxslərin həbsi ilə bir çox korrupsiya halları aşkar olunub.

Mövzunu gündəmdə saxlayaraq Daşkəsənin sabiq icra başçılarının qol qoyduğu korrupsiya əməlləri ilə bağlı faktları və daha geniş məlumatları yaxın günlərdə dərc edəcəyik.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR