İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsəndə İlham Əliyevin prezident seçkilərində qələbəsinə həsr olunmuş mitinq-konsert keçirilib - FOTOLAR

1672 12.04.2018 20:02 Gündəm A A

Aprelin 12-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində böyük üstünlüklə qələbəsi münasibəti ilə Daşkəsən rayonunda möhtəşəm bayram konsert-mitinqi keçirilib. Mitinqdə 8000 nəfərdən çox rayon sakini iştirak edirdi.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev «Hər zaman, hər yerdə Sizinləyik, cənab Prezident!», «İlhamla irəli», «Xalqın səsi-cənab İlham Əliyevin qələbəsidir», «Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir» şüarları səsləndirərək, qələbə bayramı münasibətilə mitinq iştirakçılarını təbrik edib.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək deyib: “Aprelin 11-də ölkədə vətəndaşlarımızı xoşbəxt gələcəyə aparan çox mühüm siyasi əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Prezidentinə səsvermə prosesi yüksək fəallıqla keçirilərək baş tutdu. Seçkilərin ilkin nəticələri “Yeni Azərbaycan” Partiyasının vahid namizədi İham Əliyevin Azərbaycan vətəndaşlarının 86 faiz olmaqla, mütləq əksəriyyətinin səsini qazandığını və xalqımızın güclü liderini, güclü iradəsini bir daha da təsdiqləyir. Möhtərəm Prezident seçicilərin mütləq səs çoxluğunu Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinə görə qazanıb. Qələbəmiz mübarək olsun, doğma Azərbaycanımız!

Sevinclə, fərəhlə və qürur hissi ilə bildirirəm ki, Daşkəsən seçiciləri həmişə olduğu kimi budəfəki seçkilərdə də yüksək fəallıqla iştirak edərək, Ulu Öndər Heydər Əliyevin bəşəri ideyalarını uğurla davam etdirən, müasir Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaran, regionda ən güclü dövlətə çevirən, vətəndaşlarımızın rifahının, sosial müdafiəsinin daha da gücləndirilməsində misilsiz xidmətlər göstərən “Yeni Azərbaycan” Partiyasının sədri İlham Əliyevin namizədliyini Daşkəsəndə çox yüksək faiz səslə dəstəkləməklə, ona olan sonsuz istək, inam və ehtiramlarını bir daha da nümayiş etdirdilər. Çalışıb, dəstəkləyib, səs verdiyiniz üçün çox sağ olun, əziz daşkəsənlilər! Eşq olsun seçicilərimizə!

Bütövlükdə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən 15 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb. Ölkəmizin beynəlxalq nüfuzu yüksək səviyyədə artıb, maliyyə imkanları çoxalıb, böyük qələbələr əldə edilib. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyev ilə qürur duyur. Çünki Azərbaycanın xoşbəxt gələcəyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasəti ilə bağlıdır.

Aprelin 11-də daşkəsənlilər yüksək fəallıq nümayiş etdirərək İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin tərəqqisinə, sabitliyinə və inkişafına səs veriblər. Bu qələbəmiz bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu qələbə Lider-Xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi. 11 aprel seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi.

Mən bütün daşkəsənliləri və xüsusilə “Yeni Azərbaycan” Partiyasının çoxsaylı üzvlərini bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm, müstəqil Azərbaycanımızın inkişafı naminə yorulmaz fəaliyyətinizdə başda ölkə rəhbərimiz olmaqla hər birinizə gələcəkdə yeni-yeni uğurlar, qələbələr arzulayıram!

Seçkilərdə fəal iştirak etmiş, səs verən çağırışçı gənclərimizi də bu gün buradan Silahlı Qüvvələrin sıralarına təntənəli surətdə yola salırıq. Eyni zamanda burada hərbi xidmətini başa vurub rayonumuza qayıtmış gənclərimiz də iştirak edirlər. Onlar da seçkilərdə fəallıq göstərərək öz fikir və münasibətlərini bildiriblər. Qələbə şənliyi, bu əlamətdar hadisə münasibətilə də, əziz çağırışçılar sizləri və hərbi xidmətini uğurla başa vurub gəlmiş gənclərimizi, onların valideynlərini səmimi qəlbdən təbrik edirəm, bu gün hərbi xidmətə yollanacaq gənclərimizə isə mübarizlik, hərbi xidmətlərindən ləyaqətlə və qələbə xəbəri ilə qayıtmalarını arzulayıram!”

Rayon İcra Hakimiyyəti başçısının nitqindən sonra mitinq iştirakçıları alqış sədaları ilə “Yeni Azərbaycan” Partiyasının möhtəşəm, inamlı qələbəsini qeyd ediblər. Bayram mitinqi rayon incəsənət xadimlərinin, el aşıqlarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

Sonda seçkidə fəal iştirak edən bir qrup çağırışçı gənclər Ulu Öndərin abidəsi qarşısına gül dəstələri düzərək musiqi sədaları altında hərbi xidmətə - Silahlı Qüvvələrin sıralarına alqışlarla yola salınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR