İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığına dair monoqrafiyanın təqdimatı olub

342 15.04.2022 10:31 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetində professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimat mərasimi olub.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunan kitabın təqdimat mərasimində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Bakıdan gələn digər qonaqlar, bu ali məktəbin professor- müəllim heyəti, tələbələr iştirak ediblər.

Təqdimatı Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin kafedra müdiri, professor Nurbay Jabbarov açaraq “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın elmi dəyəri haqqında məlumat verib, son vaxtlarda bu mövzuda yazılan qiymətli əsərlərdən biri kimi xarakterizə edib.

Universitetin prorektoru, professor Baxadur Abduşukurov 2021-ci ildə böyük şair Nizami Gəncəvinin 880 illiyi Azərbaycanda və dünyada yüksək səviyyədə qeyd olunub və belə tədbirlər davam edir. Ötən il böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Özbəkistanda, Azərbaycanda və dünya ölkələrində müxtəlif tədbirlə olub. Prorektor deyib ki, bu monoqrafiya Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşr etdiyi növbəti uğurlu kitabdır və bu münasibətlə Mədəniyyət Mərkəzinin rəhbərlərini təbrik edirəm.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyasının iki dahi filosof şairləri Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu qeyd edib. S.Abbasov xarici ölkələrdə dahi Nizami Gəncəviyə dair daha çox elmi əsərlərin, tərcümə nəşrlərinin, məqalələrin yayımlanmasına ehtiyac olduğunu vurğulayaraq, dahi mütəfəkkirlər Nizami Gəncəvi və Əlişir Nəvai irsinin tədqiqi, onların dərs proqramlarına, tədqiqat mövzularına daxil edilməsinin mühim məsələ olduğunu qeyd edib.

S.Abbasov professor Şöhrət Siracəddinov və dosenti Gülbahar Aşurovanın yazdıqları monoqrafiyanın elmi dəyəri haqqında söhbət açıb, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin elan etdiyi müsabiqə nəticəsində hazırlanmış bu monoqrafiyadan başqa digər elmi əsərlərinin yazıldığını qeyd edib.

Qənirə Paşayeva bildirib ki, mən bu gün çox şadam ki, Şərqin böyük mütəfəkkirləri İmam Buxari, İmam Maturidi, İmam Termezi, Ustad Nəvainin və yezlərlə belə dahilər yetişdirən torpaqdayıq. O deyib ki, o dövrdə Azərbaycanın dahi filosofları və şairləri bu ədiblərlə dostluq edib, elmi-fəlsəvi söhbətlərin iştirakçıları olublar. Q.Paşayeva sonrakı dövrkülərdə də şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair və tərcüməçi Maqsud Şeyxzadə ömrünün sonunadək bu universitetdə dərs deyib, özbək dramaturgiyasının inkişafına böyük töhfə verib.

Yazıçının “Mirzə Uluqbəy”, Manquberdi” dramları, “Daşkəndnamə” poeması məşhurdur.
Komitə sədri vurğulayıb ki, Özbəkistan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Komitə sədri deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə Türk dünyasının mədəniyyət paytaxtı olacaq.

Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində humanizm ideyalarının ön plana çəkilməsi haqqında söhbət açıb. Monoqrafiyanın əhəmiyyəti haqqında söhbət açan A.Marifli bildirib ki, Nizami Gəncəvi irsinin daha geniş təbliği məqsədi ilə Azərbaycanda hər il Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir və Özbək Nizamişünaslar bu mötəbər tədbirdə geniş heyətlə iştirak və məruzələr edirlər.
Nazirlik rəsmisi Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovun imzası ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurova "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı və vəsiqə onlara təqdim edilib.

Alim Kərim Məmmədzadə və Azərbaycan Mədəniyyət Nazirliyinin Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan nəşrlərin əhəmiyyətindən, monoqrafiyanın elmi dəyərindən danışıblar.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam, xalq mahnılarımızı, İlham Abdullayev sazda qərim el havalarını ifa edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR