Avropa polis qurumu, “Avropol” qitədə danışılmış oyunların təşkili ilə məşğul olan şəbəkələr arasında əlaqəni üzə çıxarıb.
Bu barədə “Avropol”un İqtisadi cinayətlər şöbəsinin müdiri Pedro Felitsio “Associated Press” agenltiyinə müsahibəsində bildirib.
Hüquq-mühafizə orqanları əsas diqqəti tennis, voleybol, çimərlik voleybolu və basketbola yönəldiblər.
Bundan daha öncə “Maestro” ləqəbli Qriqor Sərkisyan adlı erməninin Belçikadakı sindikata rəhbərlik etdiyi bilinib.
Bilindiyi üzrə, İspaniyada da bu iş üstündə həbs olunan ermənilər var. Pedro Felitsio qalan sindikat liderlərinin də aşkar edilib ortaya çıxarılması üzərində çalşdıqlarını vurğulayıb.
Xəbər verildiyi kimi, keçən həftə İspaniyada peşəkar tennis yarışlarında manipulyasiya ilə məşğul olan və əsasən ermənilərdən ibarət bir qrup zərərsizləşdirilib.
Q.Sərksiyanın özünə qarşı is danıışlmış oyunların təşkili və nəticələrin öncədən müəyyən edilməsi ilə bağlı ittiham irəli sürülüb.
Musavat.com






