Müğənni Rəqsanə İsmayılova Rusiya toylarına üz tutan həmkarlarını sərt şəkildə tənqid edib.
Musavat.xəbər verir ki, sənətçi instaqramda canlı yayıma qoşulub. O, azərbaycanlı musiqiçi və müğənnilərin Rusiyada biabırçı addımlar atdığını deyib:
"Utanıram, vallah utanıram. Rusiyaya toya gələn müğənnilər və musiqiçilər bizi biabır edir. Toy üstündə qırğın salırlar. Siz illərlə çoxlu pul qazanmısız. Bəs 1 ildən çoxdur işsiz olan insanlar, fəhlələr nə etsin? Özünüzü gözdən salmayın. Məclisə girirəm, qadın müğənnilərimiz damaqlarında siqaret kişilərlə otururlar. Utanıram. Məclisdən çıxdınız tutduğunuz evə gedin. Daha musiqiçilərlə, toy sahibinin qohumları ilə pis işlər görməyin. Moskva böyük şəhərdir, amma yenə də kimin nə etdiyi bəlli olur. Restoran sahibiyəm, musiqiçilərlə işləyirəm. Kimin nə etməyindən xəbərim olur. Sizə görə bizə də pis gözlə baxırlar, hörmət etmirlər. Özünüzə hörmət qoyun".
Könül
Musavat.com






