Bu gün musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da Biləsuvar icra başçısının həbsi, baş prokuror Zakir Qaralovun vəzifəsindən göndərilməsi, ölkə gündəmi, koronavirusla bağlı dövlət səviyyəsində atılan addımlar, karantin rejimi və insanlara yardım mexanizmi məsələsi müzakirə olunacaq. İndən belə hansı icra başçıları cəzalandırılacaq?
Hazırda başlayan yayında təhlükəsizlik eksperti İlham İsmayıl sadalanan mövzuları müzakirə edəcək, tamaşaçıların rəyləri oxunacaq. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






