İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir rus yazıçıdan sensasion iddia: virus gerçək xəstəlikdir, dollar yığan batacaq, qızılı olan isə…

41116 04.04.2020 16:12 Gündəm A A

Koronavirusla bağlı indiyədək ən müxtəlif iddialar var. Onların hansının doğru, hansının yanlış olduğunu indilikdə demək çətindir.
Bu günlərdə rus yazıçı-proqnozçu Sergey Peresleqin müsahibəsini musavat.com oxucularına təqdim etmişdik. Bu gün isə daha bir rusiyalı yazıçı Sergey Lukyanenkonun koronavirusla bağlı və ondan sonrakı dönəmdə mümkün ssenarilərlə bağlı iddialarını təqdim edirik.

Müsahibədə irəli sürülən iddialar maraqlıdır və insanları düşündürən bir çox suallara cavab tapmaq mümkündür. Müsahibədən əsas hissələri diqqətinizə çatdırmaq istəyirik.

“Bioloji silah olsaydı, qocaları yox, gəncləri öldürərdi”

“Virusun bioloji silah kimi ABŞ-da laboratoriyada hazırlanması nəzəri cəhətdən mümkündür. Amma praktikaya baxdıqda, bu, versiyadan başqa bir şey deyil. Koronavirusun bioloji silah olması mənasız iddiadır, çünki əsasən, həm də müxtəlif xəstəlikləri olan yaşlıları öldürür. Bioloji silahın əsas prinsipi isə gənc əhalini-çağırış yaşına çatanları vurmaqdır. Bioloji silah uşaqlara və ya qocalara toxunmur, onları “əfv edir”. İndi isə mənzərə tamamilə əksinədir. Ancaq koronavirusun süni yaradıldığı versiyasının da mövcud olmaq hüququ var. Düşünürəm ki, beynəlxalq təşkilatlar bu məsələni nə vaxtsa araşdıracaqlar”.

Ermənilərin bioloji silah təhdidi: "Müəyyən etnoslara təsir ...

“Virus iqtisadiyyatı sarsıtmaq və yenidən nizama salmaq üçün düşünülüb…”

Qlobal miqyasda tibbi böhranla yanaşı, dünyada iqtisadi böhranın yaşanması, neftin bir barelinin “Yessentuki” şüşəsinin qiymətinə düşməsinə gəlincə, rus yazıçı hesab edir ki, müasir dünya nizamının inkişafı üçün zamanla güclü böhranlar tələb olunur: “Bu kimi böhranlar dünya üçün səciyyəvidir. Birinci və İkinci Dünya müharibələri, SSRİ-nin dağılması bunlara sübutdur. Ancaq indi vəziyyət belədir ki, böyük dünya müharibəsi bütün iştirakçılar üçün çox təhlükəlidir. Bəzi regional lokal müharibələr var, amma görünür, bu qlobal böhran üçün yetərli deyil. Bu virusu iqtisadiyyatı sarsıtmaq və yenidən nizama salmaq üçün düşünüblərsə…Əlbəttə ki, bu çox böyük və dəhşətli iqtisadi böhrandır. ABŞ-da Böyük Depressiyadan da daha pis hadisələrin baş verməsi gözlənilir. Rusiyada nə olacağını bilmirəm, amma çox ciddi böhran artıq var. Yeri gəlmişkən, ölkəmizin son vaxtlar aktiv şəkildə qızıl ehtiyatını artırması indi çox işə yarayacaq. Yəni, minerallar çıxaran, məhsul istehsal edən dövlət(Rusiya) dünyaya dollar satan ölkədən(ABŞ-dan) özünü daha yaxşı hiss edəcəkdir. Mənə elə gəlir ki, Rusiya fırtınaya elə də pis vəziyyətdə yaxalanmayıb. Təkcə iqtisadi böhranı deyil, ümumilikdə qloballaşma ideyalarının dağılması, Avropa Birliyinin faktiki parçalanması bu mərhələdə qaçılmaz və hətta yaxşıdır. Çünki bəşəriyyət qloballaşma prosesində zamanı bir qədər qabaqlamışdı”.

Koronavirus səbəbiylə iqtisadiyyatın çökməsi: nəyi bilməlisiniz ...

“Nağd pulu ona görə sıradan çıxarırlar ki…”

“Bundan sonra hansı dünyada yaşamağımızı qərar verməliyik? Totalitar- hər şey nəzarət altında olduğu Çin və Sinqapurunda, yoxsa virusun cəngində olan İtaliya və ABŞ-da” sualına yazıçının cavabı: ”Dövlətlərin vətəndaş üzərində nəzarətinin güclənməsindən heç bir dövlət heç vaxt imtina etməyəcək. Məsələn, koronavirus başlayandan kağız pulların təhlükəli olması barədə deyilənlər təsadüfi deyil. Deyirlər ki, hamı pulunu kartlara köçürsün. Bu, artıq çox sərt bir nəzarətdir. Uzun müddətdir bunu bütün dünyada qəbul etməyə çalışırdılar, indi buna nail oldular. Çünki viruslar uzun müddət pul üzərində yaşayır. Ancaq indi hansı taktikanın daha doğru olduğunu bilmirik. Çin, İsveç və ya İtaliya variantı daha faydalı olacaq? Cəmi bir-iki il sonra bunu biləcəyik.

Rubldan sonra avro da sürətlə sıradan çıxır – Banker.az

İnsanlara gəlincə, davranış qaydaları köklü şəkildə dəyişəcəkdir. İnsanlar bir-birinin əlinin sıxmaqdan qaçacaqlar. Əl sıxmaq bir növ həmin adamların bir-birinə güvən jestinə çevriləcək. Bir-birinə toxunmamaqla geniş yayılmış salamlaşma modeli tapılacaq. Ən əsası, insanların bir-birini heç bir səbəb olmadan belə üzündən öpməsi mümkünsüz olacaq. Gündəlik həyat üçün bunların hamısı yaxşıdır”.

Meqapolislər boşalacaq…

Lukyanenko deyib ki, virusun daha çox böyük şəhərlərdə yayılması meqoplislərlə bağlı daha ağıllı qərarlar verilməsinə səbəb olacaq: “Aydın olacaq ki, məsələn, Moskvanı(yeri gəlmişkən, bunu Bakıya da aid etmək olar-O.Ə.) sonsuz böyütmək, milyonlarla insanı buraya toplamaq olmaz. Bu virus Rusiyanın orta və kiçik şəhərlərinin canlanması üçün bir fürsətdir. Çox sayda insan işləmək və geri dönmək üçün yola 2-3 saat sərf etməkdənsə, evdə oturub eyni kompüterdə eyni işi görməyin mümkünlüyünü anladılar.

Təhsilin də uzaqdan olması mümkündür. Şagirdlər həftədə beş və ya altı gün məktəbə əvəzinə iki-üç dəfə gedə bilər ki, mən buna tərəfdaram”.

Orxan,
Musavat. com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR