İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir partiya öz fəaliyyətini dayandırdı - YENİ YOLun son bəyanatı

1955 12.04.2023 17:00 Son xəbər A A

 

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.

Bu barədə Musavat.com-a daxil olan Yeni Yol Partiyasının bəyanatında məlumat verilir.

Həmin bəyanatı olduğu kimi təqdim edirik: 

"22 yanvar 2022-ci il tarixində dövlət qeydiyyatına alınmış Yeni Yol Partiyası (YYP) 1992-ci ildən etibarən fəaliyyət göstərən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə birləşməsi nəticəsində yaradılıb. Öz ətrafında vətənpərvər və hər zaman dövlətə sadiq olan vətəndaşları birləşdirmiş YYP, ölkədə sağlam siyasi münasibətlərin inkişafına xidmət edən təşəbbüsləri ilə çıxış edib.

Milli maraqları, demokratik dəyərləri və xalqın rifahını siyasi fəaliyyətin mütləq prioriteti kimi bəyan edən YYP ölkənin siyasi həyatında fəal iştirak edib və malik olduğu resurslar çərçivəsində sadalanmış strateji istiqamətlər üzrə öz töhfəsini verib.

Demokratik dəyərləri müdafiə edən YYP ölkədə həmrəylik mühitinin qorunması üçün də müxtəlif tədbirlər təşkil edib. Həmrəylik mühitini siyasi sabitliyin zəmanəti kimi tanıyan YYP destruktiv qüvvələri qınayır və ölkənin daxili siyasi məsələlərinə xaricdən müdaxilə etməsini qəbulolunmaz hesab edir.

Qısa müddət ərzində YYP ölkənin 30-dan çox regionunda təşkilatlanmağa  və 2500-dən çox şəxsi öz sıralarında birləşdirməyə müvəffəq olub. 

Liberal bazar iqtisadiyyatının inkişafı üçün effektiv proqramların qəbulu və icrası, milli dəyərlərin ciddi şəkildə qorunması və vətəndaşların rifah halının yüksəldilməsi Partiyanın strateji prioritetləridir. Sözügedən strateji prioritetlər Partiya üzvləri arasında məsuliyyət hissini artırmış və öz siyasi ideallar uğrunda daha mübariz olmaq üçün təkan kimi çıxış edib.

 İkinci Qarabağ müharibəsi zamanı YYP dövlətin yanında olmasını və Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini dəfələrlə bəyan edib. Müxtəlif məsələlər ilə bağlı siyasi partiyaların birgə bəyanatlarına qoşulan YYP demokratik mahiyyətli siyasi dialoq mühitini dəstəkləyir və dialoqu dayanıqlı inkişafın əsas amillərdən biri kimi tanıyır. Belə ki, Qarabağda 44 günlük müharibədə qazanmış Qələbə millətimizin və siyasi partiyaların birliyi və həmrəyliyinin nəticəsidir.

İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbəni Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi tanıyan YYP Vətən müharibəsinin hər anında xalqın yanında olub, onun sevinc və kədər hisslərinə şərik olub.

Ölkənin ərazi bütövlüyünün toxunulmazlığı hər bir müstəqil xalqın milli marağı və ülvi dəyəridir. Tarixi torpaqlarımızın işğaldan azad olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcıdır. Öz Qələbəsi ilə bölgədə yeni reallıq yaratmış Azərbaycan bütün regionun inkişafında aparıcı qüvvəyə çevriləcəkdir. Formalaşan yeni geosiyasi mənzərə fonunda cərəyan edən proseslər ölkənin bütün siyasi potensialının səfərbər olmasını tələb edir.

Qeyd olunanları, habelə Azərbaycanın milli maraqlarını bütün amallardan üstün tutan YYP öz üzvlərinin iradəsini əks etdirərək Partiyanın buraxılmasını bəyan edir.       

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR