İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir müəllimin səs yazısı yayıldı:Ona pul verməyən uşaqlara üsyan etdi VİDEO

2170 11.10.2022 14:32 Gündəm A A

Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.

Lent.az xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.

Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.

Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: “Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz”.

”Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır.” – deyə təhsil eksperti paylaşımında qeyd edib.

Səs yazısını təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR