İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir miqrant faciəsi - 100 ölü

1249 11.06.2017 08:20 Dünya A A

Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.


"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" xəbər verib.


Liviya paytaxtının yaxınlığındakı Qarabulli şəhərinin sahil mühafizəsinin rəisi, polkovnik Fəthi Əl-Rayani bildirib ki, qayıqda 8 nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, azı 100 miqrant itkin düşüb.


Agentliyin xəbərinə görə, Liviyanın sahil mühafizəsi xidməti qayığı Qarabulli sahilləri yaxınlığında aşkarlayıb, həlak olanların cəsədləri onun içində imiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR