İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir Belarus müxalifətçisi zorla ölkədən çıxmağa məcbur edildi

1018 05.09.2020 21:07 Dünya A A

 

Belarus müxalifətinin əsas təşkilatı Koordinasiya şurasının Rəyasət heyətinin üzvü Olqa Kovalkova ölkəni tərk edərək Polşaya keçməyə məcbur olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu informasiya Dövlət sərhəd komitəsi tərəfindən də təsdiqlənib.

Qurumun yaydığı  məlumata görə, Olqa Kovalkova bu ilin sentyabr ayının 5-də gecə saat 2-də, “Bruzqi” sərhəd qapısından Polşaya keçib və nəzarət buraxılış məntəqəsindən keçdikdən sonra Qrodno-Varşava avtobus reysi ilə hərəkət edib.

Məlumat Polşanın rəsmi strukturları, habelə baş nazirin dəftərxanası tərəfindən rəsmi şəkildə doğrulanıb. Olqa Kovalkova bu gün keçirdiyi mətbuat konfransında ölkəsində daimi həbsə alınmaqla təhdid olunduğunu, onun zorla avtomobillə istintaq təcridxanasından “Bruzqi” NBM-nə buraxıldığını, qalan yolu piyada şəkildə getdiyini söyləyib.

Qeyd etmək lazımdır ki, hələ bu ilin sentyabr ayının 3-də Minskin Mərkəzi rayon məhkəməsi Olqa Kovalkovanı 15 gün inzibati həbs cəzasına məhkum etmişdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR