İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı əsirlərin məsələsi Sloveniya Ombudsman İnstitutunda müzakirə edilib

347 22.04.2015 17:38 Son xəbər A A

Azərbaycanlı əsirlər barədə Sloveniya Ombudsmanlarına geniş məlumat verilib

Aprelin 22-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sloveniya Ombudsman İnstitutunda olub. Sloveniyanın olmbudsmanları Jernej Rovşek və İvan Şelih ilə görüşən Əhməd Şahidov Azərbaycanda insan haqlarının vəziyyəti barədə ümumi məlumat verib, ADİHİ-nin beynəlxalq əlaqələrindən danışıb və Sloveniya Ombudsman İnstitutu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

ADİHİ-nin beynəlxalq fəaliyyətini izlədiklərini bildirən sloveniyalı ombudsmanlar Əhməd Şahidovu Lyublyanada salamlamaqdan məmnunluğunu ifadə edib və ADİHİ-nin gələcək planları ilə maraqlanıblar. Daha sonra Sloveniyada insan haqlarının vəziyyəti, etnik azlıqların hüquqları və tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşün əsas hissəsi Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi ilə keçib və Əhməd Şahidov yüzlərlə azərbaycanlı əsirlər barədə geniş məlumat verərək, özü ilə gətirdiyi “Bizi əsirlikdən qurtarın” adlı çoxdilli ensiklopedik kitabı Sloveniya ombudsmanlarına hədiyyə edib.

sloveniya_ombdsmansloveniya_ombdsman1sloveniya_ombdsman2sloveniya_ombdsman3sloveniya_ombdsman4sloveniya_ombdsman5sloveniya_ombdsman6sloveniya_ombdsman7sloveniya_ombdsman8sloveniya_ombdsman9

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR