İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanın sabiq rəhbərinin qardaşı rüşvət üstündə saxlanılıb - YENİLƏNİB

873 26.09.2018 17:20 Kriminal A A

Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı, respublika Xalq Məclisinin millət vəkili Rəcəb Abdulatipov kriminal birlikdə iştirakına görə saxlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, tezliklə ona müvafiq qaydada ittiham təqdim ediləcək: “Respublika Tibbi Sosial Bürosu işçilərindən ibarət dəstə üzvləri rüşvət müqabilində vətəndaşlara əlillik dərəcəsi verirlərmiş”.

****

Rusiyanın Dağıstan Respublikasının sabiq rəhbəri Ramazan Əbdülətifovun qardaşı Rəcəb Əbdülətifov saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin Mahaçqaladakı baş idarəsinə gətirilən Rəcəb Əbdülətifovun istintaqla bağlı Moskvaya aparılacağı deyilir.

Faktı Dağıstan parlamentində də təsdiqləyiblər. Onun hansı səbəbdən saxlanıldığı açıqlanmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR