İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanın nüfuzlu şeyxinin qətlində ittiham olunanlar ömürlük həbs edildilər

613 21.04.2015 17:05 Region A A
Məhkəmə Dağıstanın nüfuzlu ruhanisi şeyx Səid Əfəndi Çirkeyskinin və digər 6 nəfərin ölümündə ittiham olunan 4 nəfər barəsində həbs qərarı çıxarıb. Trend “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

2012-ci ilin avqustunda şeyxin evində terrorçu-intiharçı qadının özünü partlatmasından sonra Səid Əfəndi və 6 dindar həlak olub.

Həmin ilin dekabrında din xadiminə qarşı sui-qəsdin təşkilatçıları saxlanılıblar.

Toplanılmış sübutlar Əhməd İsrapilov, Maqomed Hacıyev, Şıxmirzə Labazanov və Maqomedəli Əmirxanov barəsində qərar çıxarmaq üçün yetərli sayılıb.

Bu qətldən başqa, bir sıra digər əməllərdə də şübhəli bilinən həmin şəxslərə qarşı terrorçuluq, quldurluq, qanunsuz silah və partlayıcı vasitələr gəzdirmə, adam oğurluğu kimi ittihamlar da irəli sürülüb.

M.Hacıyev, Ş.Labazanov və M.Əmirxanov ömürlük, Ə.İsrapilov isə 12 müddətinə azadlıqdan məhrum olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR