İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyasına yeni sədr seçildi

686 24.09.2023 18:51 Siyasət A A

 

David Seliverstov Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri təyin edilib.

Bu barədə Musavat.com-a Assosiasiyadan məlumat verilib. 

Məlumatda bildirilib ki,  1978-ci ildə “Salomansar məhbusları” kitabının müəllifi hörmətli Boris Şalmiyevin rəhbərlik etdiyi Qafqazdan olan Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyası yaradıldı.

15 fevral 2015-ci ildə Pavel Moiseeviç Elizarov təşkilatın sədri seçilib. Onun fəaliyyətinin əsas məqsədi Assosiasiyanın sağlamlıq proqramını həyata keçirmək, o cümlədən 2015-ci ilin sonuna qədər demokratik seçkilərə hazırlaşmaq olub.

2015-ci il dekabrın 1-də İsraildə Qafqaz yəhudiləri icmasının qurultayı keçirilib.

Yeni idarə heyətinin tərkibinə 7 təşkilat sədri və 18 şəhər icmasının rəhbəri daxil  olub ki, bu da ölkənin icma liderlərinin 80%-ni təşkil edib.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR