Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətonin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə “Kaspi nəşrləri”seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr təqdim edilib.
Tədbirdə millət vəkili Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, ziyalılar, yazıçılar, KİV-nin nümayəndləri və digər şəxlər iştirak edib.
Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq təqdim olunan kitablar haqqında geniş məlumat verib.
““XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabında Azərbaycanın görkəmli dövlət qurucularının siyasi xadimlərinin, ziyalılarının, həyat və fəaliyyətlərindən bəhs olunur. Kitabın 1-ci fəsli “Heydər Əliyev – müasir Azərbaycan Respublikasının banisi” , 2-ci fəsli isə “Müsəlman Şərqində ilk istiqlal bayrağını ucaldan şəxsiyyətlər” adlanır.
Azərbaycan və rus dillərində nəşr edilən “Əlimərdan bəy Topçubaşov “Kaspi”dən seçmələr” kitabında Azərbaycan Xalq Cümhuriyyətinin “qurucu atalar”ından birinin – görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilində tərcüməsi toplanılıb. Bu yazılarda Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb. Ə.Topçubaşovun zəngin publisist irsi onun milli istiqlal məfkurəsinin öncülü və gələcək Azərbaycan Cumhuriyyətinin ideoloqlarından biri olduğunu göstərməklə yanaşı, “Kaspi” qəzetinin də həmin prosesdəki rol və xidmətlərinə işıq salır. Əsər tarixçilər, fioloqlar, politoloqlar, media təmsilçiləri –ümumən geniş oxucu kütləsi, mütaliə həvəskarları üçün nəzərdə tutulub.
Biz bu kitabları oxumalı, keçmişimizi mənimsəməli, gələcəyimizi bilməliyik”.
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva da çıxış edərək kitabların nəşrindən, onların əhəmiyyətindən söz açıb:
“Çox seviniriəm ki, bu kitabların təqdimatını sizinlə birgə keçiririk. “Kaspi nəşrləri” seriyasında milətimiz, xalqımız üçün gərəkli olan mövzulara yer ayırırıq. Artıq bu mövzuda 13-14 kitab işıq üzü görüb.
Bugünki təqdim olunan kitablar bizim üçün çox dəyərlidir. Cumhuriyyətin 100 illiyi ilə bağlı imzalan sərəncam bizə imkan yaratdı ki, bu mövzuya yenidən qayıdaq. “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabında cumhuriyyətin qurucuları öz əksini tapmışdı. Kitabda fəaliyyətləri qeyd olunmayan varisləri də yenidən bu kitaba qaytardıq”.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də tədbirdə çıxış edib:
“”Kaspi nəşrləri” seriyası artıq bu cür 13-cü kitabdır ki, nəşr edir. “Kaspi” qəzeti keçmiş eyni adlı qəzetin varisidir, yəni ardıcıl olaraq ona varislik edir.
Təqdim olunan kitablar bizim tariximiz üçün çox əhəmiyyətlidir. Cumhuriyyətin 100 illiyi ilə bağlı sərəncam imzalandıqdan sonra nəş edilən ilk kitablardan biridir”.
Digər natiqlər də hər iki kitabda çox dəyərli tarixi məlumatların olduğunu vurğulayıb, onların nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildiriblər.
Tədbirin sonunda hər il bir şəxsə verilən “Kaspi” mükafatı sahibinə təqdim edilib.
Xalidə Gəray, Musavat.com
Fotolar müəllifindir






