İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları Qəbələnin qədim Nic kəndində olublar

943 27.08.2018 18:03 Gündəm A A

Yay Düşərgəsinnin proqramında bir istiqaməti də tarixi abidələrlə tanışlıq təşkil edir.

Bu məqsədlə, düşərgə iştirakçılarının Şəki şəhəri ilə yanaşı, ətraf rayonlara da gəzintiləri təşkil edilib. Gənclər qonşu Qəbələ rayonunun tarixi-görməli yerlərinə səyahətdən olduqca məmnun qalıblar. Onlar udinlərin yaşadığı Nic kəndini gəzib, orada yerləşən mədəni-tarixi abidələri, o cümlədən Müqəddəs Yelisey adına Cotari Kilsəsini ziyarət ediblər. Abidələr haqqında gənclərə ətraflı məlumat verilib.

Xatırladaq ki, Nic şəhər tipli qəsəbədir. Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran vadisində ən iri yaşayış məskənidir. Hazırda Nic qəsəbəsində Udin Mədəniyyət mərkəzi fəaliyyət göstərir, burada Alban kilsəsi və digər tarixi abidələr mövcuddur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR