İnsanlara hürriyət, millətlərə istiqlal!

Cümhuriyyət Xalq Partiyası özünü buraxdı: təşkilatın son BƏYANATI FOTO

1638 22.06.2023 14:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, bu, Bədrəddin Quliyevin sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

“Şərqin ilk müstəqil cümhuriyyətinin hüquqi varisi olan Azərbaycanda cümhuriyyət ənənələrinin davam və inkişaf etdirilməsi, xalqın ictimai şüurunda dövlətçilik tərbiyəsinin möhkəmləndirilməsi kimi sağlam hədəflərə çatmaq üçün 2010-cu ildə təsis olunan Cümhuriyyət Xalq Partiyası əzmkar siyasi mübarizə yolu keçmişdir. Partiyanın məqsədyönlü fəaliyyəti və üzvlərinin sayının çoxalması 2020-ci ildə Partiyanın rəsmi dövlət qeydiyyatına alınması ilə nəticələnmişdir.

Partiya üzvlərinin dövlətçiliyə sədaqəti, demokratik ənənələrin dərinləşməsi prosesində iştirak, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində önəmli təkliflərin irəli sürülməsi, dövlətçiliyimizin tarixi mirasımız kimi qorunması uğrunda mübarizə fəaliyyətimiz dövründə əsas missiyamıza çevrilmişdir. Dövlətimizə qarşı təhdidlərin artdığı, milli birliyimizi pozmağa cəhdlərin edildiyi zamanlarda Cümhuriyyət Xalq Partiyası dövlətin və dövlətçiliyin yanında olduğunu açıq şəkildə ortaya qoymuşdur.

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanmaqla Prezident seçilən İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərinə sadiq qalaraq bəyan etdiyi dövlət siyasətini həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl şəkildə və uğurla həyata keçirməsi hər biz azərbaycanlı kimi biz cümhuriyyətçiləri də siyasi birliyə sövq etmişdir.  Bu gün ölkədə siyasi baxışlarından asılı olmayaraq xalq-hakimiyyət birliyinin mövcudluğu Azərbaycanın beynəlxalq aləmdə ədalətli yer tutmasına, uzun illər ərazisi işğala məruz qalmış dövlətdən Qalib dövlətlər sırasına yüksəlməsinə səbəb olmuşdur.

Bu gün uğurla həyata keçirilən və böyük müsbət nəticələr verən çoxşaxəli daxili və xarici siyasət, ölkədə demokratiyanın, fikir plüralizminin, siyasi dialoq mədəniyyətinin inkişafı, əhali rifahının yaxşılaşdırılması, ölkənin bütün sahələrdə gücünün artırılması  dövlətimizin böyük gələcəyindən xəbər verir. 30 il ərzində ermənilər tərəfindən dağıdılan, viran edilən yurd yerlərimizin işğaldan azad olunması, qısa müddətdə bu torpaqlarda aparılan tikinti-quruculuq işləri və şanlı Zəfərdən qısa müddət sonra soydaşlarımızın məskunlaşma prosesinin başlanması böyük siyasi iradənin və uzunmüddətli hazırlığın nəticəsidir. Müzəffər ordumuzun və xalqın milli birliyinin sayəsində bərpa olunmuş vətən sərhədlərimizdə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın dalğalanması Azərbaycan xalqının hər bir üzvünə qürur və qalibiyyət hissi yaşadır.

Cümhuriyyət Xalq Partiyası ölkəmizdəki milli birliyi, ənənələr üzərində qurulan inkişaf strategiyasını müsbət dəyərləndirir və dövlətimizin daha da güclü, insanlarımızın hər an dövlətçiliyin keşiyində səfərbər olmasına dəstək məqsədilə öz fəaliyyətinə son qoymağı məqbul hesab edir və çoxsaylı üzvlərini dövlətimiz ətrafında daha da sıx birləşməyə səsləyir.  

Biz bəyan edirik ki, Cümhuriyyət Xalq Partiyası siyasi və hüquqi fəaliyyətinə son qoysa da, üzvlərimiz dövlətçiliyimizin məkrli qüvvələrdən qorunması naminə ictimai aktivliyini davam etdirəcəkdir. Hər bir üzvümüzə bu şərəfli yolda uğurlar arzulayırıq.

Bədrəddin Quliyev:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR