Cullian Assanca ABŞ-a ekstradisiyasına dair Ali Məhkəmənin qərarından şikayət etməyə icazə verilməyib.
APA-nın Britaniya bürosunun xəbərinə görə, yüksək rütbəli hakimlər Cullian Assancın qərara etiraz etmək təklifini rədd ediblər. Buna səbəb onun ərizəsində hüquqi cəhətdən hər hansı mübahisə doğuran bir bənd olmayıb.
Xatırladaq ki, Britaniya Məhkəməsi 2021-ci il dekabrın 10-da “Wikileaks”in qurucusunun ABŞ-a ekstradisiyası ilə bağlı hökm çıxarmışdı.
Aytən Abbaslı
APA






