İnsanlara hürriyət, millətlərə istiqlal!

Culian Assanjın Ekvadorun Londondakı səfirliyinə sığınmasının beş ili tamam olub

731 19.06.2017 12:08 Dünya A A

Bu gün məşhur "Wikileaks"in təsisçisi Culian Assanjın ekstradisiya və həbs edilməsinin qarşısını almaq məqsədilə Ekvadorun Londondakı səfirliyindən siyasi sığınacaq almasının beş ili tamam olur.

"Report" xəbər verir ki, 2010-cu ilin yayında İsveçdə iki qadının Assanjın Stokholmda olduğu zaman onun tərəfindən cinsi təcavüzə məruz qalması ilə əlaqədar polisə müraciəti əsasında "Wikileaks"in təsisçisinə qarşı istintaq başlanılıb. Daha sonra İsveç hüquq-mühafizə orqanları fəalın həbsi üçün order verib.

C.Assanj 2012-ci ildə "Wikileaks"dəki fəaliyyəti ilə əlaqədar İsveç hökumətinin onu ABŞ-a ekstradisiya edəcəyindən çəkinərək Ekvador hökumətinə siyasi sığınacaq verilməsi üçün müraciət edib. İyunun 19-da Ekvadorun Londondakı səfirliyi ona binasında qeyri-müəyyən müddət qalmaq üçün sığınacaq verib.

Bu il mayın 19-da İsveç prokurorluğu Assanj işi üzrə araşdırmanı dayandırıb. Lakin London polisi səfirliyin binasını tərk edəcəyi təqdirdə onu həbs edəcəyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR