İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çox yorucu və rabitəsiz təsir bağışlayıb" - Qərb mətbuatı Putinin Karlsona müsahibəsindən yazıb

641 10.02.2024 11:37 Siyasət A A

"Rusiyada siz prezidentdən deyil, prezident sizdən müsahibə götürür..."

"Karlson Rusiya liderinə publika ilə manipulyasiya etməsi və tarixçənin öz versiyasını ifadə etməsi üçün sərbəst zolaq verib..."
 
Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsi məyusedicidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Qərbin aparıcı KİV-ləri yazıb.
 
Amerikanın CNN telekanalı qeyd edib ki, söhbət "uzun-uzadı və rabitəsiz" olub, müsahibə verən isə vaxtaşırı "çaşqın" təsir bağışlayıb. 
 
Telekanalın icmalçısı Oliver Darsinin fikrincə, Karlson Rusiya liderinə "Putinə o cümlədən Rusiyanın hərbi cinayətlər törətməsi və ya müxalif siyasətçi Aleksey Navalnının həbsi ilə bağlı ittihamlar da daxil olmaqla bir çox aktual mövzularla təzyiq etmək" əvəzinə, Rusiya liderinə "publika ilə manipulyasiya etməsi və tarixçənin öz versiyasını ifadə etməsi üçün sərbəst zolaq verib".
 
Karlsonun söhbət zamanı sanki kənar müşahidəçi təsiri bağışladığına "The Waşington Post" qəzeti də diqqət çəkib.
 
"Hərbi müdaxiləyə haqq qazandırmağa cəhd edərək, Putin müsahibəsinin xeyli hissəsini Rusiya və Ukraynanın tarixini o qədər yorucu şəkildə  danışmağa həsr edib ki, Karlson əsəbiləşməyə başlayıb", - nəşr yazıb.
 
Əsəbiliyinə rəğmən, jurnalist müsahibənin xeyli hissəsində "kənar müşahidəçi olaraq yalnız qısa replikalarla müdaxilə edib".
 
Qəzet vurğulayıb ki, Karlson "Rusiya prezidentindən Rusiyanın Ukraynada cinayətlərindən Putinin daxildə yadfikirliliyə hücumlarınadək bir çox mürəkkəb mövzularla bağlı sual verməyib".
 
Müsahibənin uzun-uzadı və rabitəsiz olması barədə Britaniyanın "The Guardian" qəzeti də yazıb.  "Bu müsahibə ABŞ tərəfindən Ukraynaya dəstəyi tənqid edən, Vladimiz Zelenskini "Ukrayna oyuncağı" və "siçovulabənzər" adlandıran Karlson üçün yeni rüscayçılıq olub".
 
"The Telegraph" qəzeti qeyd edib: "Rusiyada siz prezidentdən deyil, prezident sizdən müsahibə götürür. Putin əsasən tarixi uydurmalar olan şeylərdən boşboğazlıq edərkən Karlson hərdənbir çətinliklə müdaxilə edib".
 
Almaniyanın "Şpiegel" jurnalı bəyan edib ki, Putin yeni heç nə deməyib, müsahibənin özü isə Ali Məhkəmədə Trampın işi ilə bağlı dinləmələrlə Baydenin sənədlərin saxlanılması problemləri arasında ilişib qalıb.
 
Rusiya KİV-ləri isə, əksinə, Putinin amerikalı jurnalistə verdiyi müsahibəni dünyada başlıca hadisə adlandırıb. Onlar bir neçə xarici medianın sərfəli olan materiallarından iqtibas gətirib.
 
"National Public Radio" radiostansiyası: "Putinin respublikaçılar dairəsində heyrət doğuran liderə çevrilməsi üçün Karlsondan daha çox edəni olmayıb...
 
Putin söhbət zamanı dominantlıq edib, Rusiyanın şərqi Ukraynaya haqqı olduğunun dərin tarixi köklərindən dəm vurub. Karlson Putinin fikirlərini təkzib etməyib".
 
"The New York Times": "Cənab Putin hərbi müdaxilənin başa çatmasını hərbi qələbə deyil, Qərblə razılaşma ilə bağlı olacağını açıq şəkildə bəyan edib".
 
"The Wall Street Journal": "Bu müsahibə dönüş vaxtına təsadüf edib. Ukraynaya milyardlarla yardım Konqresdə siyasi dalanla bağlı ilişib qalıb, Rusiya Silahlı Qüvvələri Ukrayna qoşunları ilə mübarizədə döyüş meydanında hücuma keçib, Ukrayna ordusu döyüş sursatları və silah qıtlığı keçirir...
 
Bu müsahibə Putinə ölkə daxilində nüfuzunu artırmaq və Qərbi onunla hesablaşmağa məcbur edə biləcəyini hələ də göstərmək şanslarını artırmağa imkan verib".
 
Qeyd edək ki, Karlsonun Moskvaya səfəri, Qərb müşahidəçilərinin fikrincə, Ukraynada döyüş əməliyyatlarının dalana dirəndiyi, Amerika hökumətində isə ölkəyə yardım edilməsi ilə bağlı parçalanmanın artdığı məqamda baş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR