İnsanlara hürriyət, millətlərə istiqlal!

"COP29 “yaşıl enerji” siyasətinin dünyaya təqdimatı baxımından çox önəmli platforma olacaq” - Deputat

703 18.12.2023 21:45 Siyasət A A

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı davamlı və uğurlu siyasət, Vətən müharibəsində qazandığımız şanlı Zəfər, Avropanın enerji təhlükəsizliyi sahəsində həyata keçirilən fəaliyyət və qlobal məsələlərin həllində oynanılan rol ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının iradəsi ilə aparılan uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artır. Azərbaycanın dünyanın ən böyük və əhəmiyyətli platformalarından  biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Prezident İlham Əliyevin siyasətinin təntənəsidir”.

Bu fikirləri Musavat.com-a açıqlamsında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə mötəbər tədbirə hazırlıq məsələləri müzakirə olunub:"Müşavirədə dövlət başçısı tədbirə hazırlıqla əlaqədar müvafiq tapşırıqlarını verib. Prezidentin dediyi kimi, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Nəzərə almaq lazımdır ki, COP29-a Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərar Qarabağda keçirilən antiterror tədbirlərindən cəmi iki ay yarım sonra qəbul olunub. Bu, o deməkdir ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması dövlətimizin beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib". 

83a2cf3d-d308-4e2b-98b9-5021268fed43.jpg (23 KB)

Millət vəkilinin sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir:"Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər".

Fatma Yıldırım onu da qeyd edib ki, ölkəmiz qlobal problemlərdən olan iqlim dəyişikliklərinə qarşı səyləri səfərbər etmək və bu istiqamətdə töhfə vermək üçün dünyanın diqqət mərkəzində olacaq: “Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Ölkəmizdə yaşıl enerjinin istehsalı sahəsində böyük imkanlar və resurslar var. Bu istiqamətdə xarici şirkətlərlə böyük müqavilələr bağlanılıb. Qonşu ölkələrin və Avropa dövlətlərinin yaşıl enerji ilə təmin olunması üçün böyük layihələr işlənilir. İşğaldan azad olunmuş ərazilərimiz Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan edilib və bütün infrastruktur layihələr yaşıl enerji meyarı əsasında qurulur ki, sonra bütün ölkə ərazisinə şamil ediləcək. Hesab edirəm ki, ölkəmizdə keçiriləcək COP29 “yaşıl enerji” siyasətinin dünya ictimaiyyətinə təqdimatı baxımından da çox önəmli beynəlxalq platforma olacaq”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR