İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Bolton Venesuela ordusunu ABŞ təyyarəsinə qarşı "təxribatçı hərəkətlər"də günahlandırıb

418 23.07.2019 04:56 Dünya A A

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Venesuela ordusunu Amerika təyyarəsinə qarşı "təxribatçı hərəkətlər"də günahlandırıb.

"Report" xəbər verir ki, Con Bolton bu barədə öz şəxsi "Twitter" səhifəsində qeyd edib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3 kəşfiyyat təyyarəsini “aqressivcəsinə izlədiyi” barədə məlumat yayıb.

ABŞ rəsmisi onu da bildirib ki, Venesuela ordusunun hərəkətləri Venesuela prezidenti Nikolas Maduronun beynəlxalq norma və qanunların "qəsdən pozulması"na bir nümunədir.

Qeyd edək ki, Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3-ün ekipajına və təyyarənin özünə ciddi risk yaradıb. Bundan öncə Venesuela ABŞ təyyarəsinin hava sərhədini pozduğunu bəyan edib. İddia edilib ki, təyyarə ilə əlaqə yaratmaq mümkün olmayıb, yalnız Su-30 havaya qalxdıqdan sonra ABŞ-ın kəşfiyyat təyyarəsi uzaqlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR