İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇÖHRƏQANLI YENİDƏN AKTİV SİYASİ FƏALİYYƏTƏ BAŞLADI

2750 07.02.2012 09:53 Gündəm A A
BMT-nin “Təmsil Edilməyən Millətlər və Xalqlar Təşkilatı”nda İran adlı ölkədə işğal altında olan və fars şovinist zehniyyətinin zülmlərinə qarşı çıxan Güney Azərbaycan türklərinin təşkilatının ali tədbirinə GAMOH üzvləri və dəvətlilər qatılıb.
GAMOH-un media məsulu Ağrı Qaradağlının “Yeni Müsavat”a bildirdiyinə görə, təşkilat lideri qurultayda iştirak edənlərə video ilə səslənib. M.Çöhrəqanlı “Biz amerikaçı deyilik, biz qərbçi deyilik. Şərəfimiz və namusumuz üzərinə and içirik, bizə qərbçilik, amerikançılıq lazım deyil. Bizim torpağımız işğal altındadır. Bizim millətimiz qoyun sürüsü kimi əsir düşüb. Türkiyədə heyvanlara verilən haqq bizim insanlarımıza İranda verilmir”-deyə, coşqulu bir çıxış edib.
Qurultaya İraq Türklərinin Kültür Dərnəyi başqanı Həsən Dəmirçi, Türk Dünyası İnsan Haqları Dərnəyınin genel başqanı Abdullah Buksur, Mərhum Əbülfəz Elçibəy və Alparslan Türkeşin danışmanı Xanım Xəlilova, Büyük Birlik Partiyasının başqan Yardımçısı Yaqub Dəmirqala, Türkiyə KAMU-SEN baş katibi Fəxrəddin Yokuş, Araz dergisinin məsulu Hakan Kaygusuz, İzmir Azerbaycan Dərnəyinin başqanı Camal Mehmetxanoğlu və bir çox başqa tanınmış simalar qatılıb.
Müsavat Partiyası başqanı İsa Qəmbər GAMOH-un qurultayına təbrik məktubu göndərib. Təbrik mesajı göndərənlər sırasında Azərbaycandan AMİP lideri Etibar Məmmədov, MHP Genel Sekreter yardımçısı Abbas Bozyel, İsveçrədən Güney Azərbaycan milli fəalı Saleh Kamrani, Eskişehir Azərbaycan Dərnəyi başqanı Cavid Məmmədov və digərləri olub. Ali tədbirdə MHP İstanbul millət vəkili Atilla Kaya, Abbas Bozyel, Xanım Xəlilova, Kərim Əsgəri, Ərdoğan Çeçen plaketlə mükafatlandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR