İnsanlara hürriyət, millətlərə istiqlal!

Çöhrəqanlı gəldi - amma onu Bakıya buraxmadılar

2533 15.08.2013 22:20 Ölkə A A
Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Şurasının (MŞ) sədri, Güney Azərbaycan Milli Oyaniş Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı Bakıya buraxılmayıb. Bu barədə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli öz facebook profilində məlumat verib. S.Əsədlinin bildirdiyinə görə, M.Çöhrəqanlını və oğlu Alparslanı gəldiyi təyyarə ilə də geri qaytarıblar.
Fotoğraf: Yol ortasi dinlenmesindeyik (Frankfurt). Gorusumuz axsam 21:30 Baki hava limani
 

 “Güney Azərbaycan türklərinin lideri Mahmutali Çehreganlını və oğlu AlpArslan Çehreganlını Bakıya buraxmadılar. Gəldiyi təyyarə ilə geri qaytardılar. Çox təəssüf... bu bir daha sübut etdi ki, hakimiyyət müstəqil siyasət yürüdə bilmir...”  Samir Əsədlinin digər  statuslarından da aydın olur ki, öncədən də deyildiyi kimi, M. Çöhrəqanlı Bakıya gəlib, millət vəkili Sabir Rüstəmxanlı onu hava limanında qarşılayıb. Lakin deputat Azərbaycan yetkililəri ilə danışıqlar aparsa da, Güney Azərbaycan türklərinin liderlərindən olan M. Çöhrəqanlını Bakıya buraxmayıblar.

M. Çöhrəqanlı İran iqtidarının təzyiqi ilə Azərbaycandan, daha sonra isə Türkiyədən çıxarılıb. Hazırda Amerikada yaşayır.

Samir Əsədlinin məlumatına görə, M. Çöhrəqanlını qarşılamaq üçün Bakıda yaşayan Güney Azərbaycan türklərinin nümayəndələri də hava limanıa gediblər.  

musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR