İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Baydenin reytinqləri dibə doğru gedir-hətta öz partiyadaşları onu bəyənmir

406 20.05.2022 23:57 Dünya A A

ABŞ-ın hazıkrı prezidenti Co Baydenin reytinqləri son 2 ilin ən aşağı nöqtəsini görüb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, “Associated Press-NORC”un birgə keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Associated Press-NORC İctimai tədqiqatlar mərkəzinin sorğusuna görə, amerikalıların 39%-i Baydenin prezidentliyini dəstklədiyini ifadə edib. Hər 10 ABŞ vətəndaşından böyüklərdən yalnız ikisi ABŞ-ın düzgün istiqamətdə getdiyini və ya iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu bildirib.

Hətta prezidentin özünün liderlik etdiyi Demokrat partiyasında ölkənin doğru yolda olduğunu deyənlərin sayı 33%-i keçməyib. Halbuki aprel ayında bu, 49% təşkil edirdi.

Aralıq seçkilər ərəfəsində Baydenin xüsusi narahat olmağa ciddi əsasları var. Belə ki, demokratlar arasında prezidentin nüfuzu hazırda cəmi 73% təşkil edir. Qeyd emtək lazımdır ki, bu vaxta qədər prezidentin partiyadaşları arasında reytinqi heç vaxt 82%-dən aşağı düşməmişdi.

Sorğunun nəticələri Co Baydenin apardığı kursun ölkəyə faydalı olduğunu düşünən demokratların sayının 45%-dən 37%-ə düşdüyünü göstərib.

Prezidentin bu cür aşağı reytinqlərə malik olması ABŞ-da yüksək inflyasiyanın baş alıb gemtəsi və ölkədə silahla zorakılıq hallarının artması ilə izah olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR