İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Baydenin andiçmə mərasiminə silahlı hücum olacaq?- Donald Trampın silahlı tərəfdarları hazır vəziyyətdədir...

1135 17.01.2021 12:51 Dünya A A



Vaşinqton hərbi düşərgəyə çevrilir: Təhlükəsizliyi 25 min əsgər qoruyacaq

4 il əvvəl-2017-ci ilin 20 yanvarında Donald Trampın andiçmə mərasimi keçirildi. 45-ci prezident eyni zamanda iki İncilə əl basıb, and içdi.

Müqəddəs kitablardan biri anasının, ikincisi isə Avraam Linkoln 156 il əvvəl and içdiyi tarixi kitabı idi. Bir-birinin üstünə qoyulmuş iki İncilə and içən prezidenti mərasimə qatılan 1500-dən çox qonaq alqışladı. Yüzlərlə siyasətçinin və digər məşhurların təntənəli toplanısını sadə amerikalılar maraqla izləyirdi.

İnauqurasiyaya qatılan iştirakçıların əksəriyyəti üçün mərasim pullu idi və bilet qiymətinin 16 min dollara çatmasına baxmayaraq, inauqurasiyaya gəlmək istəyənlərin növbəsi yaranmışdı.

ABŞ-da yaşayan 5 keçmiş prezidentdən 4-ü seçilmiş prezidentin andiçmə mərasimində iştirak etdi. Yalnız ata Corc Buş (George W. Bush) sağlamlıq durumuna görə mərasimə qatılmadı.

Tramp-Bayden-1.jpg (62 KB)

Prezident Donald Tarmp andiçmə mərasimindəki çıxışında dedi: “Hər dörd ildən bir biz hakimiyyətin nizamlı və dinc şəkildə ötürülməsini həyata keçirmək üçün bu pillələrdə toplaşırıq və biz, prezident Obama və birinci xanım Mişel Obamaya bu keçid dövründə göstərdikləri iltifata görə minnətdarlığımızı bildiririk. Bütün bu müddət ərzində onlar son dərəcə gözəl münasibət göstərdilər”.

Ancaq Donald Tramp özündən sonra gələn prezidentə “gözəl münasibət” göstərmək fikrində deyil. O, Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, D. Tramp ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.
Onu da yada salaq ki, 2017-ci ilin 10 noyabrında prezident Barak Obama Donald Trampı Ağ Evdə qəbul etdi. Seçki kampaniyası dövründə Barak Obama Demokrat həmkarı Hillari Klinton üçün açıq şəkildə təşviqat aparmasına baxmayaraq, o, ABŞ liderinin xələfi ilə şəxsi söhbət aparması ənənəsinə sadiq qaldı. Melania Tramp və Mişel Obama da Ağ Evdə keçirilən həmin görüşə qatılmışdı.

ABŞ-in yeni seçilmiş prezidenti Co Bayden isə Donald Trampdan belə bir rəftar görmədi. “Yaxşı ki, Donald Tramp andiçmə mərasimində iştirak etməyəcək”, - deyən C. Baydenın inauqurasiya ilə bağlı ciddi problemi yaranıb.

Bu məsələ Qərb mətbuatının diqqətindədir. Məsələn, İsveçrənin “20 Minuten” qəzeti bununla bağlı geniş məqalə hazırlayıb. Yazıda deyilir ki, Tramp qalib gəldi – Baydenin andiçmə mərasimində geniş auditoriya iştirak etməyəcək.

C. Bayden və vitse-prezident Kəmalə Harrisin andiçmə mərasimi əvvəlkilərdən ciddi şəkildə fərqli olacaq. ABŞ-ın 46-cı prezidentinin qeyri-adi andiçmə mərasiminin səbəbkarı isə bəllidir. Koronavirus burada da son sözün sahibi kimi çıxış edib. Ancaq başqa bir təhlükə də var. Bu barədə az sonra məlumat verəcəyik.

200608-muriel-bowser-mn-0925_d5e030ab0f427b14e04ae0a27700aed1.jpg (2.80 MB)

İsveçrə qəzeti yazır ki, Vaşinqton şəhərinin valisi xanım Muriel Bovser insanları evdə qalmağa çağırıb. Vətəndaşın paytaxta gəlməsinin qarşısını almaq üçün şəhərə gələn yollar və körpülər qapadılır. Mərkəzdəki küçələr və metro stansiyaları da bağlı olacaq.

Qəzet xatırladır ki, andiçmə mərasimində iştirak edənlərin say çoxluğu Amerikada siyasi reytinq göstəricisi kimi bir şeydir. Məsələn, Donald Tramp iddia edirdi ki, onun andiçmə mərasiminə qatılanların sayı Barak Obamanı dəstəkləyənlərin sayından xeyli çox olub.

Üstəlik, Donald Tramp Co Baydenin qələbəsini şübhə altına alır. Onu seçki saxtakarlığında ittiham edir. Bütün bunlara rəğmən ABŞ-ın vitse-prezidenti Mayk Pens Co Baydenin andiçmə mərasiminə qatılacaq.
Co Bayden və Kəmalə Harrisin həyat yoldaşları ilə edəcəyi rəqsin üstündən də xətt çəkilib. Mərasimdə rəqs etmək də mümkün olmayacaq.

“20 Minuten” yazır ki, Vaşinqtonun mərkəzi andiçmə mərasimi zamanı hərbi düşərgəyə bənzəyəcək. Yaxınlıqdakı nəhəng alış-veriş mərkəzi bağlı olacaq, Vaşinqtonun abidəsini ziyarət etmək də yasaq elan olunub. 20 yanvarda paytaxtda minlərlə polis və çoxsaylı federal hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı Milli Qvardiyanın 21 min üzvü iştirak ediləcək. Bu isə hazırda Əfqanıstan və İraqda olan ABŞ hərbi kontingentindən daha çoxdur.

Mərasimə qatılan Cennifer Lopes və Ladi Qaqa ABŞ-ın İstiqlal marşını ifa edəcəklər.
C. Baydenin veb-saytında yayılan məlumata görə, gələcək prezident xalqa ünvanlanan çıxış edəcək. Sonra o və vitse-prezident Harris əsgərlərin ənənəvi yoxlanışını həyata keçirməlidir. Bu, simvolik olaraq hakimiyyətin dinc yolla yeni bir baş komandana ötürülməsi anlamına gəlir.

_115010141_gettyimages-1228948146.jpg (76 KB)

Bayden və həyat yoldaşı Cill, Harris və həyat yoldaşı Duqlas Emhoff daha sonra naməlum əsgərin məzarına çələng qoymaq üçün Arlinqton Milli Qəbiristanlığını ziyarət edəcəklər. Keçmiş prezidentlər Barak Obama, Corc Bush və Bill Klinton və onların xanımları da onlara qoşulacaq. Yerli vaxtla saat 20:30-dan etibarən Tom Hanks tərəfindən idarə olunan bir televiziya proqramı planlaşdırılıb. Amerikanın ən məşhur simaları həmin tədbirə qatılacaqlar.

İsveçrə qəzeti bildirir ki, ABŞ-ın Federal Təhqiqat Bürosu xəbərdarlıq edib ki, tədbirə Donald Trampın silahlı tərəfdarları hücum edə bilər. Bu xəbərdarlığı nəzərə alaraq təhlükəsizlik tədbirləri ən üst səviyyəyə çatdırılacaq.

İnauqurasiya Kapitol binası önündə baş vermiş qiyamdan iki həftə sonra baş verəcək. Hüquq-mühafizə orqanları vəziyyətin nəzarətdə olduğuna əmindir. Gərginlik isə yüksək olacaq. Bəzi mənbələr bildirir ki, Ağ Evin mühafizəsinin gücləndirilməsi təcavüzkarların Vaşinqtonda və ya ABŞ-ın digər bölgələrində daha asan hücum edilə biləcək hədəfləri axtarmasına səbəb ola bilər.

Elbəyi Həsənli, Sürix
Amtseinführung: Trump hat gewonnen – so ein grosses Publikum wird Biden nicht haben - 20 Minuten

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR