ABŞ-ın 18 yaşdan yuxarı bütün əhalisi bu il mayın 1-dək COVID-19 virusuna qarşı peyvəndlənmək imkanına malik olmalıdır.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden xalqa müraciətində deyib bildirib.
Onun sözlərinə görə, ölkədə hər gün 2 milyonadək vaksinləmə aparılacaq. “Mənim hakimiyyətə gəlişimin ilk 60 günündə ABŞ əhalisinə 100 milyon doza vaksin vurulacaq”, - deyən Bayden bildirib ki, “bu, dünyanın heç bir ölkəsində yoxdur”. O, növbəti dəfə bütün amerikalıları həyatı xilas etməyin ən sadə üsullarına – sosial gigiyenaya, maska taxmağa, məsafə saxlamağa riayət etməyə çağırıb.
ABŞ-da koronovirusdan ölüm göstəricisinin yüksək olduğunu qeyd edən Co Bayden xatırladıb ki, COVID-19 qurbanlarının sayı birinci və ikinci Dünya müharibələrində, həmçinin Vyetnam müharibəsində həlak olan amerikalıların sayını üstələyib.






