İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden Donald Trampın impiçment olunmasına qarşı çıxdı: “Gələcək administrasiya haqqında düşünməliyik”

406 09.01.2021 14:06 Dünya A A

 

2021-ci il 5-6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarlarının 2020-ci ildə keçirilmiş ABŞ prezident seçkilərinin nəticəsinə etirazı Birləşmiş ştatlarda, eləcə də bütün dünyada geniş rezonans doğurub.

ABŞ-ı idarə edən Konqresin iqamətgahına (Capitol Hill) hücum ən sərt ifadələrlə tənqid olunub. Məsələn, Hillari Klinton çərşənbə günü etiraza qatılanları terrorçu adlandırmaqdan belə çəkinməyib.

Musavat.com-un xəbərinə görə, “The Associated Press” agentliyi vurğulayır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın impiçmenti ilə bağlı prosedura start verib. Ancaq prezident seçkilərinin qalibi olan Co Bayden impiçmentə qarşı çıxış edib:

“Bir ildən artıqdır ki, mən deyirəm. O, bu iş üçün yaramır. O, Amerikanın tarixində ən bacarıqsız prezidentlərdən biridir”.

Cənab Bayden bildirib ki, impiçment haqqında yox, yanvarın 20-də işə başlayacaq öz administrasiyası haqqında düşünür.

Onun qarşısında duran əsas üç hədəf var: Koronavirusu məğlub etmək, vaksinləri ədalətli şəkildə paylamaq və rəqabətə davamlı iqtisadiyyatı canlandırmaq.

795234272edb3428255dd18ac642dc90.jpg (53 KB)

ABŞ-ın gələcək prezidenti deyib: “Cənab Tramp öz hərəkətləri ilə onun haqqında olan ən pis fikirlərimi belə kölgədə qoydu. Ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurdu. Özünü diktator kimi apardı”.

Bununla belə, yeni seçilmiş prezident hesab edir ki, Trampın səlahiyyət müddətinin başa çatmasına iki həftədən də az müddət qalıb: “Əgər Trampın iqtidardan getməsinə altı ay qalsaydı onu vəzifəsindən kənarlaşdırmaq üçün hər şeyi etməliydik. Ancaq yanvarın 20-ə az qalıb. Biz mümkün qədər sürətlə hərəkət etməliyik”.

Agentlik vurğulayır ki, Donald Tramp iki dəfə impiçmentə məruz qalmış ilk ABŞ prezidenti ola bilər. 2019-cü ildə Respublikaçıların çoxluqda olduğu Senat ona qarşı qaldırılan impiçmentin baş tutmasına imkan vermədi.

Daha bir önəmli məqam: Əgər Donald Tramp impiçment yolu ilə Ağ Evdən uzaqlaşdırılsa, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.

Elbəyi Həsənli, Sürix
Biden calls Trump 'unfit' but doesn't endorse impeachment (apnews.com)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR