İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: "Nensi Pelosi Tayvana səfər fikrindən vaz keçmir"

517 01.08.2022 20:23 Gündəm A A

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Bayden administrasiyasının xəbərdarlıqlarına baxmayaraq, Asiya turu çərçivəsində Tayvana səfər fikrindən vaz keçmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Tayvanlı rəsmiləri onun hətta bir gecə Tayvanda qalacağını gözləyirlər. Pelosinin Taypeyə nə vaxt enəcəyi isə hələ dəqiq deyil.

ABŞ Hərbi-dəniz qüvvələrinin Hind-Sakit okean donanması Çin gəmilərinin bölgədəki fəaliyyətlərini izləmək və spikerin təhlükəsizliyini təmin etmək məqsədilə yüksək hazılrıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, bundan öncə prezident Co Bayden özü ABŞ ordusunun Pelosinin Tayvana səfərinə qarşı olduğunu bildirmişdi. Lakin Ağ Ev rəsmiləri Nümayəndələr Palatasının spikerinin rəsmi səfərlə bağlı müstəqil qərar verdiyini və bu məsələyə qarışmadıqlarını qeyd edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR