İnsanlara hürriyət, millətlərə istiqlal!

Çiy halda dəniz məhsulu yedi, əlindən oldu - DİQQƏT!... sizin də başınıza gələ bilər (FOTO)

7488 28.07.2018 22:55 Yaşam A A

Cənubi Koreyada yaşayan 71 yaşlı kişi çiy halda dəniz məhsulu yediyi üçün əlindən olub.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Çiy halda dəniz məhsulu yediyi üçün dəri xəstəliyinə tutulan talehsiz adam ət yeyən bakteriya səbəbilə əlini itirib.

Belə ki, o, dəniz məhsullarını çiy halda yedikdən 12 saat sonra əlində ağrı hiss edib. Diyabet və hipertoniyadan əziyyət çəkən 71 yaşlı kişi əlində olan ağrıların get-gedə artdığını görəndən sonra həkimə müraciət etməyə məcbur olub. Məlum olub ki, onun dərisinə ət yeyən bakteriyalar düşüb.

Bir müddət xəstəxanada müalicə alan 71 yaşlı adamın vəziyyətinin gündən-günə ağırlaşdığını görən həkimlər, 25 gün sonra onun əlini kəsmək məcburiyyətində qalıblar.

dr karen wong ile ilgili görsel sonucu

Dünyaca məşhur plastik cərrah Dr.Karen Vong baş vermiş bu hadisə ilə bağlı öz fikirlərini bölüşüb:

"Dəniz suyunda, ya da çiy, az bişmiş dəniz məhsullarının təkibində bu cür dəri mikrobları mövcuddur. Xroniki qaraciyər, xərçəng xəstəliyi də daxil olmaqla immun çatışmazlığı olan xəstələrdə infeksiyaya yoluxma riski daha yüksəkdir" - deyə K.Vong bildirib.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR