İnsanlara hürriyət, millətlərə istiqlal!

Cinsi zorakılıqda günahlandırılan azərbaycanlı yoqa ustası məhkəmədə

2147 16.04.2015 16:38 Kriminal A A
Məşhur yoqa ustası Akif Manaf tələbələrinə qarşı cinsi zorakılıqda ittiham olunur.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manaf bu gün hakim qarşısına çıxıb.

Bildirilir ki, o yoqa öyrənmək üçün ona üz tutan xanım tələbələrinə qarşı cinsi təcavüzdə ittiham edilir və buna görə də 15 il müddətinə həbs edilməlidir.

Lakin, Akif Manaf bu iddiaları rədd edib və bildirib ki, bu ittihamlar doğru deyil. Eyni zamanda Manaf qeyd edib ki, o Türkiyə vətəndaşı olmaqla yanaşı Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, Akif Manaf 1958-ci ildə Azərbaycanda doğulub. Moskvada ali təhsil alıb. Fəlsəfə doktoru adı alandan sonra isə Hindistanda professor adı qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR