İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinli jurnalist ölkədə çevriliş var deyib aləmi qatdı - Yalanı belə üzə çıxdı (VİDEO)

1455 24.09.2022 17:56 Dünya A A

Çində hökuməti ordunun ələ keçirdiyi iddiasını səsləndirən jurnalist Cennifer Zenq rəsmi mənbələrdən heç bir təsdiq gəlməyincə geri addım atıb.

Musavat.com xəbər verir ki, dünya gündəmində olan iddiaya səbəb olan video paylaşan Zenq ölkə əhalisi arasında çaxnaşmaya səbəb olub. 

Jurnalistin bu paylaşımından minlərlə insan narahat olub. Lakin sözügedən iddia öz təsdiqini tapmayıb. 

Çinli jurnalist Cennifer Zenqin ölkədə hərbi çevrilişlə bağlı iddiası sosial medianı ayağa qaldırıb. Youtube kanalı və Twitter hesabında Çinlə bağlı paylaşımlar edən jurnalist Zenq Çin prezidenti Si Cinpinə qarşı çevriliş edildiyini və Xinin ev dustaqlığında saxlanıldığını iddia edib.

ABŞ-da yaşayan jurnalist Zenq hərbi maşınların videosunu paylaşaraq, "Çin ordusunun maşınları 22 sentyabrda Pekinə doğru irəliləyir. Konvoyun uzunluğu 80 kilometrdir. Eyni zamanda iddialara görə, Si Cinpin bəzi ordu idarəçiləri tərəfindən həbs edilərək evində saxlanılıb”, -deyə qeyd edib.

Çinli gazetecinin iddiası dünya gündemine oturdu! Önce 'Çin'de darbe oldu' deyip video paylaştı, sonra geri adım attı

Müxalifət qruplarına yaxınlığı ilə də tanınan jurnalist Zenqin iddiası rəsmi mənbələr tərəfindən təsdiqini tapmayıb. Çində yaşayan türk sosial media istifadəçiləri də çevriliş iddiasının doğru olmadığını dilə gətirib. Bundan başqa, Çinin paytaxtı Pekində heç bir aktivliyin olmadığı, həyatın normal axarında davam etdiyi görülüb.

Çevrilişi iddia edən Zenq daha sonra paylaşıb ki, Çinli bir admiralın ailəsi ona Xinin həbs olunmasının doğru olmadığını deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR