İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin "Troya atı", ABŞ və İngiltərəyə qarşı ŞOK CASUSLUQ planı - Onlar hər yerdədirlər

768 03.12.2022 15:40 Dünya A A

Çin və Qərb arasında artan rəqabət hər sahədə olduğu kimi hərbi sahədə də mübahisəli prosesə çevrilib. Son günlər müharibə ssenariləri artdıqca qorxular da çoxalıb.

Musavat.com xəbər verir ki, İngiltərənin “The Sun” qəzetinin iddiası gündəmdə yeni müzakirələrə səbəb olub.

Məlumata görə, Çin ABŞ və İngiltərənin hərbi sirlərinə çıxış əldə etmək üçün xarici ölkələrdə yaşayan minlərlə agentə təlimat verib.

Xəbərdə Pekinin Avropa ölkələrində bir çox universitetdə araşdırmaları maliyyələşdirdiyi və İngiltərə Hərbi Hava Qüvvələrinin təqaüdçü pilotlarına Çin Hərbi Hava Qüvvələrini yetişdirmək üçün yüksək maaş təklif etdiyi iddia olunur.

Britaniya mətbuatında çıxan xəbərlərdə ən azı 60 Çin vətəndaşının İngiltərə universitetlərində hərbi layihələr üzərində çalışdığı qeyd edilib. Tədqiqat göstərir ki, bu rəqəmlər "aysberqin görünən hissəsidir" və onların arasında Çin Xalq Azadlıq Ordusunun ən azı iki hərbi qulluqçusu var.

638b0ed64e3fe108dc1955fa.jpg (92 KB)

Britaniya ordusunun Əfqanıstanda döyüşmüş keçmiş zabiti Robert Klark yazıb ki, “Troya atı” mifi Çinin fəaliyyətini təsvir etmək üçün mükəmməl bənzətmədir.

Araşdırmaya görə, Böyük Britaniyada yerləşən tədqiqat mərkəzlərinə sponsorluq edən şirkətlər arasında Çinin ən böyük silah istehsalçıları da var. London İmperial Kollecindəki AVIC Struktur Dizayn Mərkəzinə dəstək verən Çin Aviasiya Sənayesi Korporasiyasının nümunə kimi göstərildiyi araşdırmada kəşfiyyat fəaliyyətləri ilə bağlı xəbərdarlıqlar edilib.

Məlumdur ki, sözügedən Çin şirkəti AVIC F-35 və ABŞ Hərbi Hava Qüvvələrinin özəl döyüş təyyarəsi olan F-22 Raptor-un surəti kimi tanınan J-20 gizli qırıcısını istehsal edir.

638b0d6c4e3fe108dc1955f4.jpg (52 KB)

Firma, həmçinin Amerikanın B-2 Spiritinə bənzər yeni H-20 gizli bombardmançısını hazırlayan "First Aircraft Institute" ilə əməkdaşlıq edir.

Məqalədə bildirilir ki, çox məxfi strateji layihələrdə çalışan Çin vətəndaşları da “potensial casus”dur: “Bəziləri Çin Xalq Azadlıq Ordusunun fəal üzvləridir, ona görə də casusluq riski çox yüksəkdir. Xüsusilə, bu 60 nəfərdən bəziləri ABŞ-ın qara siyahısına düşən şirkətlərdə çalışır”.

Məlum olub ki, Çin keçmiş britaniyalı qırıcı pilotlarına təlimatçı kimi işləmək üçün 240 min funt sterlinq maaş təklif edib. İddiaya görə, 30-a yaxın keçmiş britaniyalı qırıcı pilotu təklifi qəbul edib.

Hərbi analitiklərin fikrincə, Pekin müharibədə Çinə üstünlük verə biləcək taktika əldə etmək ümidi ilə Qərb təyyarələrinin pilotları ilə anlaşıb. Bu isə ABŞ və İngiltərə üçün ciddi təhdid deməkdir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin təqaüdə çıxmış yüksək səviyyəli kəşfiyyat zabiti və London Kral Kollecinin baş elmi işçisi Nikolas Eftimiades uzun müddətdir ki, Çinin hərbi texnologiyanı ələ keçirmək səyləri barədə xəbərdarlıq edir.

Nigar Cəfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR