İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin təzyiqləri işə yaraya bilərmi - Nensi Pelosinin Tayvan səfəri iki qüdrətli gücü üz-üzə gətirib

549 31.07.2022 13:16 Gündəm A A

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Asiya turuna başlayıb. Bu səfər zamanı ABŞ parlamentinin sədri Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyanı ziyarət edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Nensi Pelosi Tayvana baş çəkib-çəkməyəcəyi məsələsi rəsmi Vaşinqtonla Pekini münaqişənin astanasına gətirib.

“Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyada nümayəndə heyətimiz sülh və təhlükəsizlik, insan haqları və demokratik idarəçilik, iqtisadi artım və ticarət, COVID-19 pandemiyası, iqlim böhranı da daxil olmaqla, ümumi maraqlarımızı və dəyərlərimizi necə inkişaf etdirə biləcəyimizlə bağlı müzakirələr aparacaq”,-deyə amerikalı siyasətçi bəyan edib.

fe38ceaf-a38f-4493-8fd1-9e241f65353f.jpg (69 KB)

Qeyd edək ki, ABŞ konqresmenlərindən ibarət heyət öncə Havayda dayanıb və burada ABŞ-ın Hind-Sakit Okean Komandanlığı ilə görüşüb.

Xatırladaq ki, Nümayəndələr palatasının rəhbərinin Tayvana mümkün səfərinə Çin sərt reaksiya göstərmiş və hətta buna görə ABŞ hökumətini sərt şəkildə xəbərdarlıq etmişdi.

Çin Xarici işlər nazirliyinin sözçüsü Çjao Konqres Nensi Pelosinin Tayvana gedəcəyi təqdirdə Çinin ABŞ-la ən yüksək səviyyədə dialoqa son qoymağa hazır olduğunu bildirib. Bundan əlavə, Tayvan yaxınlığında Çin hərbi təlimlərinin başladığı qeyd olunur. Çin Hərbi dəniz qüvvələri Makau adasından 89 km uzaqlıqda məkanın bütün gəmilər üçün bağlandığını açıqlayıb.

ABŞ hərbi-dəniz qüvvələri də bölgədə aktivlik nümayiş etdirir.

“South China Morning Post” qəzetinin xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “Ronald Reyqan” döyüş gəmisi Cənubi Çin dənizində Spartli adalarının 185 kilometr cənubuna doğru hərəkətlənib.

“South China Sea Brief” adlı bloq müəllisi, dəniz təhlükəsizliyi üzrə vyetnamlı ekspert Duan Danq şəxsi Twitter Çinin iki döyüş gəmisinin- “Type 052D” esminesi və “Type 054A” freqatının ABŞ donanmasına 27 kilometr məsafədə göründüyünü yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR