İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin daha bir COVID-19 peyvəndinin ilk partiyası Pakistana gətirilib

296 31.03.2021 13:26 Dünya A A

Pakistanda əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası üçün "CanSino Biologics"dən alınan peyvəndlərin ilk partiyası İslamabada gətirilib.

AZƏRTAC peyvənd istehsalçısı "CanSino Biologics" şirkətinə istinadla xəbər verir ki, vaksinin Pakistanda 3-cü mərhələ kliniki sınaqları aparılıb və onun effektivlik göstəricisi 74,8 faiz təşkil edib, sağlamlıqla bağlı ciddi narahatlıq qeydə alınmayıb. Pakistan hökuməti peyvəndin təcili istifadəsinə icazə verib. Bu, Pakistanda təcili istifadəsinə icazə verilən Çinin 2-ci vaksinidir. Daha əvvəl təcili isifadəsinə icazə verilən "Sinopharm" şirkətinin vaksinindən fərqli olaraq, "CanSino"nun rekombinant peyvəndi birdozalıdır.

Qeyd edək ki, Çin Hərbi Tibb Akademiyası və "CanSino Biologics" şirkəti tərəfindən birgə hazırlanan COVID-19 əleyhinə vaksinin insan bədənində humoral və toxuma immun cavabı yaradır. Şirkət ötən ilin mart ayında dünyada birinci olaraq koronavirusa qarşı vaksinin insanlar üzərində kliniki sınaqlarının ilk mərhələsinə başlayıb. Bu mərhələ sınaq yeni növ koronavirusun ilk aşkarlandığı Hubey vilayətinin paytaxtı Uxan şəhərində təşkil olunub. Vaksinin bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. İlk 14 gün ərzində pasiyentlərdə immun cavabı müşahidə olunub, 28 gün ərzində tədqiqat iştirakçılarının əksəriyyətində əhəmiyyətli humoral və toxuma immun cavabı yaranıb. Kliniki sınaqların üçüncü mərhələsi isə Çin ilə yanaşı, Pakistan və Rusiyada da aparılıb, fevralın 8-də açıqlanan ilkin nəticələrə əsasən onun effektivliyi 74,8 faiz olub. Vaksinin saxlanma və daşınması üçün 2-8 dərəcə Selsi temperatur rejimi tələb olunur. Çinin Dövlət Tibbi Məhsullar Administrasiyası bu vaksinin kütləvi marketinqinə icazə verib.

"Sinovac", "Sinopharm" və "CanSino" şirkətləri indiyədək Avropa, Asiya, Afrika və Latın Amerikasından olan 55 ölkəyə 260 milyondan çox doza COVID-19 peyvəndi göndəriblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR