İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Mustafayev adına Fond “Gəlin dönək evə” mövzusunda hərbi-vətənpərvərlik mahnı müsabiqəsi elan etdi

471 20.05.2021 12:50 Ölkə A A

 

   Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu İkinci Qarabağ Vətən müharibəsində erməni işğalçıları üzərində qələbə münasibətilə “Gəlin dönək evə” mövzusunda hərbi-vətənpərvərlik mahnı müsabiqəsi elan edib. 

Musavat.com xəbər verir ki, müsabiqə aşağıdakı janrlar üzrə keçirilir:

 

-marş, bard (gitara ilə müşayiət), rok,  müəllif mahnıları, vals.

 

Müsabiqədə hər mövzu (və ya janr) üçün bir yer və bir mükafat nəzərdə tutulub. 

-“Ən yaxşı Marş”

-“Ən yaxşı Qələbə mahnısı”

-“Ən yaxşı Əsgər və şücaət mahnısı”

-“Ən yaxşı Əsgər və məhəbbət mahnısı”

-“Ən yaxşı Vətənpərvər mahnı”

Mükafatlandırma:

-Hər bir mükafat üçün 1 000 (bir min) manat nəzərdə tutulub. Bundan əlavə, qaliblərə xatirə hədiyyələri də təqdim olunacaq.

Müsabiqənin şərtləri:

Müsabiqəyə yalnız elan olunmuş mövzulara dair bəstələnmiş mahnılar qəbul ediləcək.

Müsabiqəyə materiallarln qəbuluna dair son tarix 15 iyun 2021-ci ildir.

Müsabiqədə arzu edən hər kəs iştirak edə bilər. 

 

Mahnıların təqdim edilməsi

-Müsabiqə üçün bəstələr wetransferə yüklənə bilər, həmçinin istənilən daşıyıcıda verilə bilər. Format: Mp3

 

-E-mail ünvanı aşağıdakı kimidir:

info@chingizmustafayev.org

 

Təqdimat məktubunda yer almalıdır:

Bəstə təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı.

 

Qaliblərin elan edilməsi

-Qaliblər Milli Qəhrəman Çingiz Mustafayevin doğum günündə - 29 avqust 2021-ci il tarixdə elan ediləcək. 

Əlaqə telefonu: 

(012) 345 45 08
(051) 206 42 70

 

 

Münsiflər heyətinin tərkibi aşağıdakılardır:

Cavanşir Quliyev
Sabir Rüstəmxanlı
Cahangir Zülfüqarov

Seyfulla Mustafayev

Vahid Mustafayev

Rasim Müzəffərli

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR