İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinə məxsus hərbi gəmi Vyetnam gəmisinə hücum edib

1345 08.05.2014 09:35 Dünya A A
Cənubi Çin dənizində Çinə məxsus hərbi gəmi Vyetnam gəmisinə hücum edib. Hücum anı Vyetnam gəmisinin təhlükəsizlik kameralarına düşüb.

Məlumata görə, Vyetnamın dəniz qüvvələri rəsmi Pekinin Cənub dənizində neft buruqları yaratmaq fəaliyyətinə qarşı çıxmağa çalışıb. Çin hərbi gəmiləri isə, fəal şəkildə bu müdaxiləyə qarşılıq veriblər.

Vyetnam hökuməti qarşıdurma ilə əlaqədar iki ölkə arasında gərginliyin artacağını bildirib və məsələnin sülh yolu ilə həll olunması üçün Pekinə müraciət edib.

«Çin gəmiləri bizim gəmilərimizə zərər verib. Vyetnam dəniz polisi bölgədə əməliyyatları davam etdirəcək. Çin gəmiləri bu cür təzyiqləri davam etdirəcəyi təqdirdə biz də özümüzü müdafi etməkdən çəkinməyəcəyik» - deyə sahil mühafizə xidmətinin komandiri Qo Qok Tu qeyd edib. 

Çin hökuməti Cənub Dənizi üzərində tam suveren hüquqa malik olmağa çalışsa da, Vyetnam, Filippin və digər Asiya ölkələri də dənizdə payı olduğunu iddia edir (anspress).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR