İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Özbəkistana gətirilən 294 ölkə vətəndaşının heç birində koronavirus aşkar edilməyib

237 19.02.2020 21:08 Son xəbər A A

Təxminən iki həftə əvvəl Çindən Özbəkistana gətirilən 294 ölkə vətəndaşının heç birində koronavirus aşkar edilməyib. Onlar Çində təhsil alan tələbələr və orada çalışan Özbəkistan vətəndaşlarıdır.

AZƏRTAC ölkə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Çindən gətirilənlər Daşkənd yaxınlığındakı “Buston” sanatoriyasında karantində olub və 14 gün ərzində müayinədən keçiblər.

Karantin müddəti başa çatdıqdan sonra elan edilib ki, vətəndaşların heç birində virus əlaməti aşkar olunmayıb və onlar evə buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR