İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Avropaya gələn turistlər məcburi COVID-19 testindən keçə bilər

249 04.01.2023 21:32 Dünya A A

Çindən Avropaya gələn turistlər məcburi COVID-19 testindən keçə bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Tim Makfi bildirib.

Onun sözlərinə görə, İsveçin sədrliyi ilə Avropa İttifaqının Böhranlara Müdaxilə Şurası Çindən gələn bütün turistlər üçün məcburi koronavirus testinin tətbiqini müzakirə edəcək.

"Belə bir qərar qəbul olunarsa, bu, bütün Aİ səviyyəsində razılaşdırılmış mövqe hesab olunacaq və milli səviyyədə həyata keçiriləcək", - nümayəndə əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR