Çində yenidən koronavirusa yoluxma halları qeydə alınmağa başlayıb. Bu səbəbdən yoluxmanın artdığı bölgələrdəki səlahiyyətli şəxslər vəzifəsindən azad edilib.
Çinin “Caixin” qəzetinin yazdığına görə, son günlərdə koronavirusa yoluxma halının artdığı Cilin əyalətində səhiyyə komissiyasının direktor müavini, Fıngman bölgəsindəki “Xəstəliyə nəzarət mərkəzi”nin direktoru da daxil olmaqla 6 səlahiyətli şəxs işdən qovulub.
Şansi əyalətində isə yoluxma sayı artdığı üçün bölgədə yerə tüpürmək qadağan olunub. Yerə tüpürənlər 70 dollar dəyərində pul cəzası ödəməli olacaq.
Xatırladaq ki, Çində ümumilikdə 82 min 954 nəfər koronavirusa yoluxub, 4 min 634 nəfər virusdan dünyasını dəyişib.
Xalidə Gəray
Musavat.com






