İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində kişi həyat yoldaşı ilə mübahisədən sonra maşını məktəblilərin üzərinə sürüb, ölənlər var

444 23.11.2018 11:36 Hadisə A A

Çində kişi maşını məktəblilərin üzərinə sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, cinayəti arvadı ilə mübahisə etdikdən sonra ümidsizlik vəziyyətində törədib.

Hadisə Huludao şəhərində yerli məktəblərdən birinin qapısı yaxınlığında baş verib. "Audi" markalı avtomobil yüksək sürətlə yolu keçən məktəbliləri vurub.

Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır. Polis hadisə yerindən qaçmağa çalışan sürücünü yaxalayıb.

KİV-lər yazır ki, şübhəli Tszyançan mahalının Tsinnyuşan kəndinin partiya komitəsinin katibinin oğludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR