İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində kimyəvi məhsullar zavodunda 5 nəfər zəhərlənmədən ölüb

354 28.02.2021 10:50 Hadisə A A

Çinin Cilin vilayətində kimyəvi lif istehsal edən müəssisədə baş verən qaz sızması nəticəsində 5 nəfər zəhərlənmədən ölüb.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, elektrik xəttində baş verən qısaqapanma müəssisədə enerji təchizatının dayanmasına, bu da öz növbəsində bəzi avadanlığın sönməsinə səbəb olub. Nəticədə qaz sızması yaranıb.

Hadisə nəticəsində zəhərlənən digər 8 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR