İnsanlara hürriyət, millətlərə istiqlal!

Cinayətkar Vardanyanın ikiüzlülüyü- sanksiyalardan xilas olmaq üçün Rusiyadan imtina etdi, ancaq...

5901 10.09.2022 13:01 Gündəm A A

Dünyada qanunsuz silah, narkotik alveri və çirkli pulların yuyulmasından sərvət qazandığı iddia edilən erməni əsilli Vardanyan Qərbin sanksiyalarına qarşı Rusiya vətəndaşlığından imtina edərək, Qarabağdakı rus ünsürlərinin nəzarəti altında olan bölgədə məskunlaşıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb. Qəzet bildirir ki, Vardanyanın Qərbin sanksiya siyahısında olmaması reaksiyalara səbəb olub. Rusiya prezidenti Vladimir Putinə yaxın olan siyasi ekspert Sergey Markov Facebook səhifəsində Vardanyanı Rusiya vətəndaşlığından çıxmasına görə tənqid edib. O Vardanyanın Rusiyaya qarşı sanksiyalardan qurtulmaq üçün bu addımı atdığını yazıb.
Bəzi ekspertlər “Qarabağda sülhməramlıların nəzarətində olan ərazidə məskunlaşdığını bəyan edən cinayətkar şəbəkənin lideri Vardaryan niyə Qərbin sanksiya siyahısında yoxdur?” sualını verirlər.

Putinə yaxınlığı ilə tanınan şəxslərdən reaksiya

Putinə yaxınlığı ilə tanınan ekspertlər də Vardanyanın ifadələrinin inandırıcı olmadığını bildiriblər. Onlar qeyd ediblər ki, bölgədə rus ünsürlərinin nəzarəti altında məskunlaşdığını deyən Vardaryanın “qərarını müstəqil qəbul etdiyi, qurduğu vəqflə pullarını Qarabağdakı ermənilərin rifahının yaxşılaşdırılması üçün xərcləyəcəyi” ifadələri inandırıcı deyil.

Onun Rusiyadan qaçış səbəbi və detalları...

Vardanyanın Rusiyada milyardlar qazandığını, qazandıqlarından Avropa və Amerikaya çox şeylər gətirdiyini bildirən Markov, "Vardanyan indi Rusiyaya qarşı sanksiyalara görə pulunu və daşınmaz əmlakını itirə bilər. İndi o, ən gözəl qumarını oynayır və Qarabağ xalqı üçün özünü qurban verir, Qarabağa köçür, eyni zamanda Rusiya vətəndaşlığından imtina edir və bununla da anti-Rusiya sanksiyalarından yayınır. O, ABŞ və Fransanı Ermənistanla Azərbaycan arasındakı münaqişədə tutduqları mövqeyə görə tərifləyir. ABŞ və Aİ ona qarşı sanksiyalar tətbiq etmir. Vardanyanın ona milyardlar qazandıran Rusiyadan qaçması qəhrəmanlıq kimi qiymətləndirilir. Əminəm ki, daha çoxları Vardanyanın yolu ilə gedəcək və "qəhrəmanlıq" səbəbləri tapacaqlar. Məsələn, milyardlarını xaricdə saxlamaq üçün Rusiya vətəndaşlığından imtina edəcəklər”,-deyə Markov bildirib.

Vardanyanın bu addımı Azərbaycan administrasiyası tərəfindən də reaksiya ilə qarşılanıb. Azərbaycan administrasiyası bu hərəkətləri “ikiüzlülük” kimi qiymətləndirib.

Vardanyan kim olub?

Qarabağa ermənilərə kömək etmək üçün gəldiyini iddia edən Vardanyanın keçmişinə nəzər saldıqda, onun sərvətini çirkli pulların yuyulmasından və qanunsuz silah və narkotik ticarətindən əldə etdiyi anlaşılır.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (OCCRP) 2019-cu ilin mart hesabatında da Rusiyada yaşayan erməni oliqarxların fəaliyyətindən və onların yaratdığı şəbəkədən bəhs edilir. Hesabatda bu şəbəkənin Rusiyada çirkli pulların yuyulması ilə məşğul olduğu və öz bankları vasitəsilə ölkədən 9 milyard dollar çıxardıqları izah edilir. “Troyka çirkli pulların yuyulması maşını” kimi qələmə verilən bu şəbəkə çirkli pulların yuyulması, vergidən yayınma və korrupsiya ilə məşğul olan rus oliqarxları və siyasətçiləri üçün xaricdəki aktivlərini gizlətmək kimi fəaliyyətlərlə məşğul olmaqda ittiham olunur. Milyarder Vardanyan bu şəbəkənin əsas fiqurlarından biri kimi göstərilir.

Bildirilir ki, çirkli pulların yuyulması, narkotik və qeyri-qanuni silah ticarəti ilə məşğul olan Vardanyan fəaliyyətinin bir hissəsini vaxtilə Ermənistanın işğalı altında olan Qarabağda həyata keçirib.

https://www.yenisafak.com/dunya/suc-sebekesi-lideri-vardaryanin-yaptirimlardan-kacmak-icin-rus-vatandasligindan-cikmasina-tepki-bati-yaptirim-listesine-almalidir-3857456

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR