İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çinar” rəqs ansamblının üzvləri təltif olundu

556 18.11.2019 13:32 Son xəbər A A

“Həkimlik sənətini seçən şəxs təkcə tibb elmini öyrənməklə kifayətlənməməlidir. Pasiyentə daha düzgün yanaşıb müalicə etməsi üçün həkimin dərin dünyagörüşü olmalı, hərtərəfli inkişaf etməlidir”. Bu fikri Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli bu yaxınlarda 60 illik yubileyi qeyd edilən “Çinar” Rəqs Ansamblının üzvləri ilə görüşdə səsləndirib.

G.Gəraybəyli qeyd edib ki, zəngin şəxsiyyət kimi formalaşan həkimin fəaliyyəti cəmiyyətdəki rolunun və nüfuzunun yüksəlməsinə də təsir edir. Bu baxımdan, Tibb Universitetinin tələbələrindən ibarət “Çinar” rəqsm ansamblının fəaliyyəti respublika səviyyəsində təqdir olunur. Rektor qeyd etdi ki, ansamblın yaradıcısı, “Azərbaycan rəqs sənətinin şahzadəsi” adlandırılan xalq artisti Əminə Dilbazinin ənənəsi bu gün də şərəflə davam etdirilir. G.Gərayəbyəli ənənənin davam etdirilməsi üçün ATU-nu bitirən hər bir ansambl üzvünün öz əvəzinə yeni tələbəni qrupa gətirməsinin vacib olduğunu bildirdi.

ATU rektoru noyabrın 6-da Dövlət Akademik Filarmoniyasında “Çinar” Rəqs Ansamblının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbirin təşkilində zəhməti keçən təşəkkürünü bildirdi.

Sonra Təhsil naziri Ceyhun Bayramovun “Çinar” rəqs ansamblının kollektivinə təbrik məktubu oxundu. Məktubda qeyd edilir ki, “Çinar” qızların rəqs ansamblı Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, ölkəmizdə incəsənətin inkişafı ilə yanaşı, həm də tələbə gənclərin estetik zövqünün formalaşmasına töhfə verib.

Tədbirin sonunda G.Gəraybəyli ansamblın yubiley tədbirinin təşkilində əməyi keçən insanlara, o cümlədən ATU-nun Tələbə Həmkarlar İttifaqının sədri Cahangir Qasımova fəxri fərman təqdim etdi. Çinar” rəqs ansamblının bədii rəhbəri Nisaxanım Qasımova isə ATU rəhbərliyi ilə yanaşı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı “ilə təltif olundu. Görüşdə ansambl üzvlərinin hər birinə fəxri fərman və pul mükafatı da təqdim edildi.

Görüşdə ATU-nun nəzdindəki “Şəfa” xalq çalğı alətləri ansamblının üzvləri də iştirak edirdi.

Qeyd edək ki, 1959-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılan “Çinar” rəqs ansamblı qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. Noyabrın 6-da Dövlət Akademik Filarmoniyasında Azərbaycan Tibb Universitetinin (ATU) “Çinar” Rəqs Ansamblının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Səhiyyə naziri Oqtay Şirəliyev, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəz Qarayev və digər qonaqlar iştirak ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR