Pekin Asiya-Sakit okean regionunda ABŞ-ın əsas müttəfiqlərindən biri olan Yaponiyanı öz tərəfinə çəkmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumatı “Reuters” Kyodo agentliyinə istinadən yayıb.
Məktubu Çin Dövlət Şurasının Baş naziri Li Qiang Yaponiyanın Baş naziri Şiqeru İşibaya göndərib. Məktubda Çin hökumətinin başçısı həmkarını ABŞ prezidenti Donald Trampın tarif tədbirlərinə razılaşdırılmış cavab verməyə çağırıb. Li Qiang hesab edir ki, iki ölkə ABŞ-ın proteksionizminə qarşı birgə mübarizə aparmalıdır.
Qeyd olunur ki, Çin bundan əvvəl digər ölkələrə Çinin maraqları bahasına ABŞ-la daha böyük iqtisadi sövdələşməyə girməmək barədə xəbərdarlıq edib.
Öz növbəsində Yaponiya ABŞ-ın tarif təzyiqinə məruz qalan və Vaşinqtonla çətin danışıqlara girən ölkələrdən biridir.
Xəbərlər var ki, ABŞ Maliyyə Nazirliyi Yaponiyanı yenin məzənnəsini qaldırmağa razı salmağa çalışır. Analitiklər Tokionun belə şərtləri yerinə yetirə bilməyəcəyi qənaətindədirlər.
Musavat.com