İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Ukrayna taxılının ixracı üçün “yaşıl dəhliz” açmağa çağırdı

483 25.05.2022 11:43 Dünya A A

Çin Ukrayna taxılının ixracı üçün atəşkəsə və “yaşıl dəhlizlər” açmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu təklifi Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Annalena Burbok ilə danışıqlar zamanı səsləndirib.

Çin XİN rəhbəri Ukraynadan taxıl ixracı üçün “yaşıl dəhliz”in yaradılmasını dəstəklədiyini bildirib: “Mövcud vəziyyətdə beynəlxalq ictimaiyyət tezliklə atəşkəs əldə etməli, Ukraynadan taxıl ixracı üçün “yaşıl dəhliz” yaratmağa kömək etməlidir”.

Van İ bildirib ki, Çin dünya ictimaiyyətinin diqqətində olan mühüm məsələlərin həllindən kənarda qala bilməz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR