İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çin tərəfindən aldadılan Putinə Trampla anlaşmaq lazımdır”-“The Washington Times”

3971 12.09.2018 14:44 Dünya A A

Rusiya prezidenti Vladimir Putin yaxşı olardı ki, “Maykl Pillsberinin “Yüzilik marafon: Amerikanın yerinə qlobal fövqəldövlət olmaq istəyən Çinin gizli strategiyası” (The Hundred Year Marathon, China's Secret Strategy to Replace America as the Global Superpower) adlı kitabını oxusun”,- “The Washington Times” qəzetindən L. Todd Vud yazır. (Yazı Rusiyanın Çinlə birlikdə keçirəcəyi "Şərq-2018" hərbi təlimləri ərəfəsi qeydə alınıb).

Jurnalistin sözlərinə görə, həmin kitabın müəllifi Maykl Pillsberi Çinin uzun illər boyu Qərbin texnologiya və yardımlarını almaq üçün özünü zəif göstərdiyini, əslində isə bütün bu illər ərzində Amerika ilə dünya ağalığı uğrunda mübarizə aparmaq üçün güc topladığını yazıb. Bundan ötrü Çin ABŞ-ın SSRİ üzərində qələbəsinə yardım da göstərib.

Картинки по запросу nixon mao

Mao Tszedun və Riçard Nikson (1972-ci il)

Vudun fikrincə, Çin indi eyni taktikadan Rusiya ilə münasibətlərdə istifadə dir. Rusiya Çinə sadəcə olaraq ABŞ-a və Trampın proqramına dirənmək üçün lazımdır.

Məqalə müəllifini rəyinə əsasən, Moskva Çinin yardımını almaqdan ötrü böyük güzəştlərə yol verir.

“Çin hazırda Rusiyada uzun illər boyu sovet rəhbərliyinin qorxduğu bir fəaliyyəti həyata keçirir. Bu da Rusiyanın Sibirdəki ucsuz-bucaqsız torpaqlarının icarə yolu ilə ələ keçirilməsidir. Görünür, Kreml on milyonlarla hektarlıq ərazilərin Çinə kənd təsərrüfatı məqsədilə verilməsi riskinin tutacağını düşünür. Lakin Rusiya sonradan bu torpaqlarını geri ala biləcəkmi? Kim bilir?”,- müəllif müəmmalı sual ünvanlayır.

Картинки по запросу chinese movement to russian sibir territories

L. Todd Vuda görə, Rusiyanın simasında Çin Trampın ticarət siyasətinə qarşı əməkdaş və enerji daşıyıcılarının böyük tədarükçüsünü əldə edib. “Lakin gələn məlumatlarda Pekinin Moskvaya olduqca ağır maddi və siyasi şərtlər qoyduğu bildirilir”- müəllif yazır.

Vud bu səbəbdən Qərb və Rusiya arasında razılaşma üçün şans doğduğunu yazır. O, Rusiya ilə Suriya və Şərqi Ukrayna məsələsi ilə əlaqədar saziş imzalanmasının vaxtının gəlib çatdığını düşünür.

“Rusiyada pensiya islahatları ilə əlaqədar əhalinin açıq şəkildə hakimiyyətə qarşı çıxdığı bir məqamda Moskva Trampla sazişə getməli, ABŞ isə Çin təhlükəsi ilə əlaqədar bu ssenarini gözdən keçriməlidir”, -Todd Vud sonda belə bir nəticəyə gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR