İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin prezidenti orduya bütün situasiyalara hazır olmaq əmrini verib

829 10.03.2021 22:10 Dünya A A

Çin Xalq Respublikasının prezidenti Si Tzinpin hərbçilərə ölkənin toqquşduğu təhdidlərlə əlaqədar mürəkkəb və çətin situasiyalara hazır olmalarını tapşırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

“Ölkəmizdə təhlükəsizliklə bağlı yaranan yeni vəziyyət olduqca qeyri-sabit və qaranlıq görünür. Bütün silahlı qüvvələr potenisalın gücləndirilməsi və döyüş qabiliyyəti arasında qarşılıqlı əlaqəni koordinasiya etməli, hər bir anda çətin situasiyalara hazır olmalı, suverenliyimizi, təhlükəsizlik maraqlarımızı qərarlıqla qorumalı, sosialist dövlətin quruculuğuna dəstək verməlidir”,-deyə o, bəyan edib. Çin lideri bundan başqa hərbi qüvvələrə yüksək texnologiyalı innovativ sursat və avadanlıqların veriləcəyini bildirib.

Qeyd etmək lazımdır ki, hələ ötən həftənin altıncı günü Çinin müdafiə naziri, general Vey Fenhe də ölkənin milli təhlükəsizliyinin “ən yüksək risk fazasında olduğunu” bəyan edərək, ordunun əvvəlki dövrlərdə olmadığı qədər yüksək sayıqlılıq nümayiş etdirməli və döyüş qabiliyyətini artırmalı olduğunu söyləmişdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR